İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi AÇIQLANDI
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb.
Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində iyulun 4-də iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Qurum bir daha sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə...