Şahin Mustafayev Ermənistana getdi
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
Bizim.Media xəbər verir ki, təyyarə artıq İrəvanın aeroportunda eniş edib.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.
Xəbəri Ermənistan Mülki Aviasiya Komitəsi təsdiq edib. Bildirilib ki, bu gün səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus təyyarə İrəvandakı “Zvartnots” beynəlxalq hava limanına eniş edib.
Uçuş 54 dəqiqə davam edib.
Nümayəndə heyətinin tərkibi və səfərin məqsədi barədə əlavə məlumat açıqlanmayıb.
Bizim.Med...