Baş nazirdən Su Ehtiyatları Agentliyinin iki qurumu ilə bağlı QƏRAR
Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" QSC-lərin nizamnamələrini təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, "Regional Su Meliorasiya" Agentliyin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin üquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.
Cəmiyyət meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (ist...