Sənət adamları maddi vəziyyətlərindən danışdılar: “50 yerdə işləyirəm”x9d

Hazırda oxunan: Sənət adamları maddi vəziyyətlərindən danışdılar: “50 yerdə işləyirəm”x9d

114665
Teatr həyatın güzgüsüdür. Aktyorlar  vasitəsilə insanlar ömür yoluna nəzər salır, tərbiyələnir, həyatı daha yaxşı dərk edirlər. Bəs insanlara bəzən əyləncəli, bəzən isə kədərli anlar yaşadan aktyor və  aktrisalar necə dolanırlar?

Sənət adamları ölkəmizdə əmək haqlarının az olması barədə tez-tez şikayət edirlər. Hətta ötən ilin əvvəllərində sosial şəbəkələrdə “Aktyorların əmək haqqı artırılsın”x9d adlı səhifə yaradılmış və burada aktyorların maddi çətinlikləri barədə məlumatlar paylaşılırdı. 

Xarici ölkələrdə bir film və ya seriala çəkilən sənətçi milyonlar qazanır. Lakin bizim sənət adamları filmlərdən 300-500 manat əldə edirlər. Bu  məbləğ də onların maddi durumunu çətinləşdirir.

Musavat.com saytı sənət adamlarını problemlərini işıqlandırmaq üçün onlarla əlaqə saxlayıb. 



Xalq artist İlham Namiq Kamal problemi olmadığını bildirib: “Mən şikayət etməyi sevmirəm. Heç bir problemim yoxdur”x9d.


Xalq artisti Fatma Mahmudova maddi problemlərini dilə gətirmək istəmədiyini deyib:
“Hazırda “Eks bacanaqlar”x9d serialında çəkilirəm. Maddi problemi gündəmə gətirmək lazım deyil. Allaha şükür olsun, dolanırıq. İnsan qazancına qane olmalıdır”x9d


Əməkdar artist Hüsniyyə Mürvətova həmkarlarının problemləri ilə bağlı məsələyə münasibət bildirməyib: “Mənim aktyor, aktrisaların problemləri ilə bağlı məsələyə qarışmağım düzgün deyil. Bu məsələdən xəbərim yoxdur, mənə uyğun mövzu deyil. Mən nə fikir bildirə bilərəm? Bizdə hamının problemi var. Guya mən çox qazanıram? 50 yerdə işləyirəm ki, qazanc əldə edim. Mən əyləncəli verilişlər aparıram. Ciddi mövzularda danışmıram, danışmağı da xoşlamıram”x9d.


Aktyor-aparıcı Azər Axşam həmkarlarının az məvacib aldığını vurğulayıb: ”x9dMən teatrda aktyor olaraq işləmirəm. Maaşların qaldırılması yaxşı olar. Teatr aktyorları çox az məvacib alır. Maaşların artırılmasına böyük ehtiyac var”x9d


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Dilarə Nəzərova maaşların artırılmasını istəyib: “Hamı kimi bizim də problemlərimiz var, maaşlarımızın artırılmasını istəyirəm. Bizim gəlirimiz azdır. İndiki halda maaşdan əlavə qazanc əldə etmək üçün gərək serial və filmlərdə çəkiləsən, dublyajda olasan. Biz normal maaşla tam təmin olunsaq,  əlavə yerlərə qaçmağa ehtiyac olmaz. Aktrisa bütün fikrini və vaxtını teatra sərf edər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin