Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir – FOTO

Hazırda oxunan: Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir – FOTO

611978

Mayın 7-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
Bizim.Media xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbiri giriş sözü ilə açıb.
 

Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermişşəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


 Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edən, onun siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri bu amilin Azərbaycanın hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
 
Qeyd olunub ki, müstəqil dövlətçiliyimizin təhlükədə olduğu bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaqdan xilas edib.

Milli birlik və həmrəylik üçün fədakarlıqla çalışan Ulu Öndər torpaqlarımızın işğaldan azad olunacağına dair hər zaman sarsılmaz inam nümayiş etdirib, həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsini dövlətin ali hədəfi kimi müəyyənləşdirib. Onun rəhbərliyi ilə bu sahədə xüsusi proqramlar hazırnaraq həyata keçirilib.
 

Vurğulanıb ki, Ulu Öndərin başa çatdıra bilmədiyi işləri, onun siyasi xəttini Prezident İlham Əliyev uğurla davam etdirib və bu gün də müstəqil Azərbaycan Heydər Əliyev yolu yeni zirvələrə addımlayır.


Ulu Öndərin arzularının gerçəkləşdirilib: torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenlyi tam təmin olunub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə könüllü, təhlükəsiz və ləyaqətlə dogma yurda qayıdışı həyata keçirilir. Hazırda həmin ərazilərdə yaşayanların, işləyənlərin və təhsil alanların sayı 80 min nəfərdən çoxdur.
 
Böyük Qayıdışa, azad edilmiş ərazilərdə mədəni-mənəvi irsin bərpasında Heydər Əliyev Fondunun fəal dəstək verdiyi, Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevin istər məcburi köçkünlərə daim diqaat və qayğı göstərdiyi diqqətə çatdırılıb.
 

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və komitənin Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyatı, şəxsiyyəti və möhtəşəm dövlətçilik fəaliyyəti barədə danışıblar.


 Sonda Ulu Öndərin qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün vaxtı ilə həyata keçirdiyi tədbirlərə, onlarla müvəqqəti məskunlaşma yerlərində görüşlərinə, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərə həsr edilmiş videofilmlər nümayiş olunub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin