Səid Əhməd Xan: “İslamofobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir”

Hazırda oxunan: Səid Əhməd Xan: “İslamofobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir”

611895

“Bəzi siyasətçilərin müsəlman ölkələri ilə əməkdaşlıq pərdəsi altında islamofobiya gizlənə bilər”.

Bunu ABŞ-ın Ueyn Universitetinin Yaxın Şərq və Qlobal Araşdırmalar kafedrasının dosenti Səid Əhməd Xan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, məişət və siyasi səviyyədə olmaqla islamofobiyanın müxtəlif növləri var.

“Bəzən insanlar müsəlman ölkələri ilə əməkdaşlığı islamofobiyanın olmamasının əlaməti kimi əsaslandıra bilərlər”, - Səid Əhməd Xan deyib. Onun sözlərinə görə, islamofobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir.

Ueyn Universitetinin dosenti həmçinin Kanadanın Kvebek əyalətində və Yeni Zelandiyada məscidlərə edilən hücumları xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin