Artıq Milli Şuranın bu günki toplantısında vahid namizədini müəyyənləşdirəcəyi yəqinləşib. Bəs Milli Şurada təmsil olunmayan müxalifyönümlü şəxslər bu qurumla hər hansı bir əməkdaşlığı nəzərdə tuturmu?
Moderator.az-ın sualını cavablandıran Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri, prezidentliyə namizəd Ərəstun Oruclunun sözlərinə görə o müxalifət birlikləri ilə əməkdaşlıq etməyə hazırdır:
“Mən dünən seçki platformamı açıqlayanda bütün məsələlərin danışıq yolu ilə həll olunacağını əsas prioritet kimi göstərdim. Eyni zamanda Qarabağ probleminin əsas həll variantı kimi danışıqlar yolunu önə çəkmişəm. Siyasətçilər 2 qrupa bölünür: müharibə və sülh partiyasında olanlar. Mən sülh partiyasını təmsil edirəm. Mən əminəm ki, bütün məsələləri sülh, danışıq yolu ilə həll olunması daha doğru variantdır. Əgər torpaqlarımızı işğal edən ermənilərlə danışıq tərəfdarıyamsa deməli, öz həmvətənlərimlə danışıq, dialoq tərəfdarı olmağıma heç bir şübhə ola bilməz. Mən dünən mətbuat konfransında Qarabağla bağlı məsələdə Azərbaycanın geri çəkilmək imkanının olmadığını bəyan etmişdim. Amma daxildə, bu iqtidara qarşı müxalif olan qurumlarla istənilən halda əməkdaşlığın perspektivlərini müzakirə etmək olar. Mənim əsas şərtlərimdən biri də vahid namizəd olan şəxsin güvənilən biri olmasıdır”.
Xəyal Əzizov

































































































