İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

Hazırda oxunan: İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

642233

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul Polisi tərəfindən keçirilən birgə əməliyyat nəticəsində "İnterpol" xətti ilə qırmızı bülletenlə axtarışda olan və kripto aləmində "Balina Ceyms" (Balina James) ləqəbi ilə tanınan Riçard Ceyms Şueler (Richard James Schueler) saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı verib. 

Məlumata görə, Şueler ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən 1,5 milyard dollar məbləğində nəhəng fondu mənimsəməkdə ittiham olunurdu. MİT əməkdaşlarının apardığı kəşfiyyat tədbirləri nəticəsində onun İstanbulun Beşiktaş rayonunda gizləndiyi lüks ünvan müəyyən edilib.

Oktyabrın 14-də MİT, Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi və Xüsusi Təyinatlı Polisin iştirakı ilə keçirilən basqın zamanı beynəlxalq fırıldaqçı yaxalanaraq həbs olunub.

Şübhəlinin gizləndiyi evdə aparılan axtarış zamanı böyük məbləğdə sərvət aşkarlanıb:

4 milyon dollar nağd pul,

64 ədəd lüks saat (53 ədəd "Rolex" və 11 ədəd "Patek Philippe"),

Çoxlu sayda qızıl-zinət əşyaları və odlu silahlar,

Gizlədilmiş kompüterlər, kripto valyuta mayninq qurğuları və müxtəlif elektron avadanlıqlar.

Aparılan təhqiqat göstərib ki, Şueler İstanbulda beynəlxalq fırıldaqçılıq şəbəkəsi qurub, ABŞ, Finlandiya, habelə İspaniyadakı ofisləri vasitəsilə qlobal miqyasda qanunsuz maliyyə əməliyyatlarını idarə edib. Hazırda fakta bağlı məhkəmə istintaqı davam edir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin