Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Hazırda oxunan: Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

640603

Ankaradan havaya qalxan sərnişin təyyarəsi göyərtədə bomba olması xəbərdarlığından sonra təcili eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Şanlıurfa vilayətinin qubernatoru Hasan Şıldak sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, AJet aviaşirkətinin 4180 saylı reysi Bakı vaxtı ilə saat 20:00-da Ankaradan havaya qalxıb və təxminən bir saat sonra Şanlıurfaya eniş edib.

Təyyarədə bomba olması barədə çağırışdan sonra göyərtədəki 137 nəfər sərnişin və 6 ekipaj üzvü təxliyə edilib.

Xüsusi xidmət əməkdaşlarının təyyarədə ətraflı axtarış aparması üçün sərnişinlərin və ekipajın təhlükəsiz şəkildə təyyarədən çıxarılması təmin olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin