BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Hazırda oxunan: BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

640515

Bakı Dövlət Universitetində (BDU) tələbələrdən müxtəlif tədbirlər və özəl günlərlə bağlı pul yığılması narazılığa səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə vətəndaş şikayəti daxil olub.

Şikayətçi iddia edib ki, BDU-nun Politologiya ixtisasında təhsil alan tələbələrdən müxtəlif məqsədlər üçün pul toplanılır.

"Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik. Hər dəfə ad günlərinə pul yığılır, indi də 5 Oktyabr - Müəllimlər Günü ilə bağlı pul toplanır. İmkanı olan var, olmayan var. Kiminsə etiraz etməyə cürəti çatmır. Xahiş edirəm, paylaşın ki, hamı bundan xəbərdar olsun. Universitetlərdə özəl günlərlə bağlı tələbələrdən pul yığılmasın. Mən özüm şəxsən maddi baxımdan çətinlik çəkirəm", - deyə şikayətçi bildirib.
 

Bakı Dövlət Universitetində (BDU) tələbələrdən müxtəlif tədbirlər və özəl günlərlə bağlı pul yığılması ilə bağlı məsələyə rəsmi münasibət açıqlanıb.


BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, iddianın heç bir əsası yoxdur.

"BDU-da pul yığılması qadağandır və bu məlumat yanlışdır", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin