Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Hazırda oxunan: Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

640509

Moskvanın Meşşanski Rayon Məhkəməsi Soçinin sabiq meri Aleksey Kopayqorodskini rüşvət işi üzrə 15 il müddətinə ciddi rejimli koloniyada həbs cəzası verib. 

Bizim.Media xəbər verir ki, məhkəmə ona 500 milyon rubl məbləğində cərimə də təyin edib.

Onun həyat yoldaşı Yanina Kopayqorodskaya isə 9 il müddətinə azadlıqdan məhrum edilib və 500 milyon rubl cərimələnib.

Məhkəmə sabiq merin ümumi dəyəri 1,6 milyard rubl olan əmlakının dövlətə keçirilməsinə də qərar verib. Siyahıya Moskva, Sankt-Peterburq, Soçi, Gelencik, Krasnodar və Leninqrad vilayətində yerləşən 77 daşınmaz əmlak obyekti daxil edilib.
 

Həmçinin nadir şərab kolleksiyası, zinət əşyaları, bahalı saatlar, o cümlədən Patek Philippe, 10 avtomobil, onların arasında Porsche 911 və beş Mercedes, eləcə də nağd pul müsadirə olunub.


Kopayqorodski və həyat yoldaşı torpaq sahələrinin mənimsənilməsi və ya israf edilməsində ittiham olunublar. Sabiq merə həmçinin həyat yoldaşının vasitəsilə 248 milyon rubl rüşvət almaq ittihamı irəli sürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin