XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

Hazırda oxunan: XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

640540

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin bütün üzv dövlətlərini və tərəfdaşlarını səmimi qəlbdən təbrik edirik.
 

Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqində özünəməxsus rolunu yüksək qiymətləndirir.


AQEM-in sədri kimi Azərbaycan "Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf" devizi altında təşkilatın məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir", - paylaşımda vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin