Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Hazırda oxunan: Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

640514

Azərbaycan vətəndaşı Diana Bağıyeva nəhayət polis müşayiəti ilə Pakistanı tərk edərək Bakıya yola düşüb. 

Bizim.Media “Daily Pakistan” nəşrinə istinadən xəbər verir ki, polis mənbələrinin məlumatına görə, Azərbaycan səfirliyinin müraciətindən sonra üç polis əməkdaşı Diananı Azərbaycana səfəri zamanı müşayiət edib. 

Belə ki, bu hadisə Lahor hava limanında bir neçə gün əvvəl yaşanan gərgin insidentdən sonra baş verib. 

Diana əvvəlcə təyyarəyə minib, lakin daha sonra Pakistanı tərk etməkdən imtina edib. Hava limanındakı mənbələr bildiriblər ki, Diana Pakistanı könüllü şəkildə tərk etmək istəmədiyini və yalan bəhanələrlə ölkəsinə göndərildiyini iddia edib. Səfərdən imtina etdikdən sonra onun təyyarədən endirildiyi və təhlükəsizlik əməkdaşlarının nəzarəti altında beynəlxalq brifinq zalına aparıldığı bildirilir.
 

Qeyd edək ki, Diana sentyabrın 13-də İstanbuldan İslamabada gəlib. Daha sonra beş gün Faisalabadda qalıb və Skarduya getmək planı ilə Lahora yollanıb.


Tək səyahət etdiyi üçün Diana Nümrə və Müskan adlı tanışları ilə əlaqə saxlayaraq Lahorda görüşməyi planlaşdırdığını bildirib. İfadəsinə görə, o, saat 23 radələrində təkbaşına kafeyə gedib və orada Müskan ona qoşulub. Onlar birlikdə yemək yeyiblər. Daha sonra saat 02 radələrində ağ rəngli avtomobil gəlib və onları mənzilə aparıb.

Diana bildirib ki, daha sonra mənzilə iki kişi gəlib və onlardan biri Əli Zeyn kimi təqdim olunub. Onun sözlərinə görə, Nümrə və Möhsin başqa otağa keçərək danışmağa başlayıblar, Müskan da onlara qoşulub.

Diana iddia edib ki, Nümrə Möhsindən 20-30 min rupi götürüb və pulun əyləncə üçün lazım olduğunu deyib.

O, həmçinin bildirib ki, Möhsin ona toxunmağa cəhd edib və daha sonra onu ayrıca otağa kilidləyib. Diana Nümrə və Müskan haqqında soruşduqda, onların artıq getdikləri deyilib. O da getmək istədiyini bildirib, lakin rəfiqəsinin onlardan pul götürdüyü üçün buna icazə verilmədiyi söylənilib.

Diananın ifadəsinə görə, azad edilməsi üçün kişilərə 30 min rupi təklif edib. O, Əli Zeynin onu hədələdiyini və şantaj etdiyini iddia edib. Həmçinin bildirib ki, kişilər onu məcburən spirtli içki içməyə vadar edib, daha sonra Möhsin, Əhməd və Əli Zeyn ona cinsi təcavüz ediblər.

Diana həmçinin iddia edib ki, şübhəlilər onun şəxsi əşyalarını götürüblər. 

Onun ifadəsinə görə, çantasında təxminən 2 lakh rupi və iki mobil telefon olub. O, kişilərin hadisə barədə polisə məlumat verməyəcəyinə razılaşacağı təqdirdə çantanı qaytaracaqlarını söylədiklərini iddia edib. Onun sözlərinə görə, vəziyyət daha da gərginləşib və Əhməd ilə Əli Zeyn avtomobilin qapısını açaraq onu çölə itələyiblər.

Polisin apardığı istintaq indiyədək bir neçə nəfərin həbsi və saxlanılması ilə nəticələnib. Müskan, Möhsin və Əli Zeyn işlə bağlı həbs ediliblər. Lakin iş üzrə əsas şübhəli hesab olunan Əhməd Tənvir hələ də həbs edilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin