Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Hazırda oxunan: Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

640552

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan keçib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. 

Bildirilib ki, ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında tətbiq olunan idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunluğu növbəti audit nəticəsində təsdiqlənib.

- ISO 9001:2015 – Keyfiyyətin idarə edilməsi

- ISO 14001:2015 – Ətraf mühitin idarə edilməsi

- ISO 45001:2018 – Əməyin mühafizəsi və işçi təhlükəsizliyi

- ISO 50001:2018 – Enerji idarəetməsi

Bu sertifikatlar Limanın keyfiyyət, ekoloji dayanıqlılıq, əməyin mühafizəsi və enerji səmərəliliyi istiqamətlərində beynəlxalq tələblərə uyğun fəaliyyətini təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin