Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Hazırda oxunan: Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

640518

Şimali Kiprin Girnə şəhəri yaxınlığında sərnişin gəmisinin batması nəticəsində itkin düşənlərin axtarış-xilasetmə əməliyyatları zamanı daha bir meyit aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə sözügedən ölkənin hökuməti rəsmi məlumat yayıb.
 

Bildirilir ki, nəşi tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizaya başlanılıb. Qeyd olunur ki, hadisənin baş verdiyi ilk andan etibarən itkin düşən bütün şəxslərin tapılması məqsədilə dövlətin bütün resursları səfərbər edilib və axtarış prosesi fasiləsiz olaraq davam etdirilir.


Məlumata görə, faciə nəticəsində həyatını itirənlərin sayı 21 nəfərə çatıb, itkin düşən yeddi nəfərin axtarışları isə hazırda davam edir.

Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da - yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin