Bakıda məktəblinin sinif yoldaşı tərəfindən bıçaqlanaraq öldürülməsinin yeni təfərruatları məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu gün Bakı şəhəri Nizami rayonundakı 10 nömrəli məktəbdə baş verib.
Şahidlərdən birinin sözlərinə görə, bıçaqlanan şəxs ağır yaralı vəziyyətdə özəl klinikalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbinin sinif yoldaşları arasında ötən həftə baş vermiş mühabisə olduğu bildirilib. Belə ki, cümə günü aralarında mübahisə yaranan 9-cu sinif şagirdlərindən biri bu gün sinif yoldaşına bıçaqla xəsarət yetirərək onu qətlə yetirib.
Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də sorğu verilib.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:30 / 05.10.2026
Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI
Hazırda oxunan: Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI
Hazırda oxunan: Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI
640586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































