“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Hazırda oxunan: “Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

640354

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərbaycanla bağlı paylaşım edib.

Bizim.Media  xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizə qarşı səsləndirilən tənqidləri də sərt şəkildə pisləyib:

“İki dövlət arasında soyuqluq yaratmağın kimə və nəyə xidmət etdiyini bilirsinizmi?

Can Azərbaycanımıza və Prezident Əliyevə yönələn məsuliyyətsiz, haqsız və şüursuz hücumları şiddətlə qınayıram. Kimə xidmət edirsiniz?”

Sabiq səfir Azərbaycanın müstəqil və suveren dövlət olduğunu vurğulayaraq qeyd edib:

“Azərbaycanın daxili işlərinə və xarici siyasətinə qarışmaq heç kimin haqqı deyil, həddi də deyil. Siz bəyənirsiniz, bəyənmirsiniz, səsinizi kəsin, oturun. Biz bir ailəyik. Azərbaycana hücum ailəyə edilən hücumdur”.

O, Azərbaycanın Türkiyəyə müxtəlif sahələrdə verdiyi dəstəyi də yada salıb:

“Türkiyədə yanğın və ya təbii fəlakət olduqda ilk gələn və son gedən Azərbaycan olub”.

Kılıç 6 fevral zəlzələlərindən sonra Azərbaycanın göstərdiyi yardımları da xatırladıb:

“Zəlzələlərdən dərhal sonra ilk gələn, son gedən və ən çox yardım edən, Kahramanmaraşda yüzlərlə ev və iş yeri inşa edən Azərbaycan olub”.

Sabiq səfir həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatının inkişafındakı rolundan danışıb və İlham Əliyevin bu istiqamətdəki fəaliyyətini vurğulayıb:

“Azərbaycan Prezidenti cənab Əliyevin xidmət və səylərini şəxsən gördüm”.

Kılıç paylaşımında Azərbaycan-İsrail və Azərbaycan-Fələstin münasibətlərinə də toxunaraq Azərbaycanın Fələstinlə bağlı mövqeyini qeyd edib.

O, sonda Azərbaycan və Türkiyə arasındakı münasibətlərə xələl gətirə biləcək çağırışlardan çəkinməyə səsləyib:

“Hamı ağlını başına yığsın və məsuliyyətini bilsin. Kimsə ağaca baxarkən meşəni görməzdən gəlməsin. Bizi sevməyənlərin dəyirmanına su tökməyin”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin