A Seriyasında ayın ən yaxşısı oldu

Hazırda oxunan: A Seriyasında ayın ən yaxşısı oldu

640268

“Frozinoe”nin baş məşqçisi Massimiliano Alvini avqust və sentyabr aylarının yekunlarına əsasən A Seriyasında ayın ən yaxşı baş məşqçisi seçilib.

Bizim.Media xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

Cari mövsüm elit diviziona qayıdan komanda çempionatda keçirdiyi ilk 5 oyunda 10 xal toplayıb.

“Frozinoe” “Fiorentina”nı 3:0, “Venesiya”nı 3:2, “Komo”nu isə 2:0 hesabı ilə məğlub edib. Komanda “Cenoa” ilə 1:1 hesablı heç-heçə edib, yeganə məğlubiyyətini isə “Yuventus”a 0:1 hesabı ilə uduzaraq alıb.

5 turdan sonra 10 xalı olan “Frozinoe” A Seriyasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin