Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistana işgüzar səfərə gəlib. "Zvartnots" beynəlxalq hava limanında ali qonağı Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək.
Görüşdən sonra rəsmi şəxslər mətbuat üçün bəyanatlarla çıxış edəcək və media nümayəndələrinin suallarını cavablandıracaqlar.
Bizim.Media


































































































