Overçuk Ermənistanı HƏDƏLƏDİ

Hazırda oxunan: Overçuk Ermənistanı HƏDƏLƏDİ

616367

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Ermənistanın Rusiya qazından başqa "heç vaxt" digər qazı olmayacaq, bazar qiymətlərinə keçid isə tədarük variantlarını çətinləşdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

"Biz qaz bazarındakı vəziyyəti çox yaxşı bilirik. Orada Rusiya qazından başqa heç vaxt digər qaz olmayacaq. Bütün məsələ yalnız Ermənistanın Rusiya qazını haradan alacağı və hansı vasitəçiyə pul ödəyəcəyi ilə bağlıdır", — deyə Overçuk bildirib.

Onun sözlərinə görə, Rusiya qazından imtina ediləcəyi təqdirdə Ermənistandakı vəziyyət "çox mürəkkəb" olacaq ki, Moskva da bunu istəmir.

Rusiya Baş nazirinin müavini Avropanın hələ də Rusiya qazını almağa davam etdiyini diqqətə çatdırıb.

"Ona görə də onların sadəcə xəritəyə baxması kifayətdir. Hətta indi orada hansı boru kəmərlərinin fəaliyyət göstərdiyinə nəzər salsalar, Rusiya qazını kimdən alacaqlarını dərhal görəcəklər. Əlbəttə ki, bu, artıq 30%-lik ixrac rüsumu, qiymətin bazar qiyməti olacağı və vasitəçilərin də öz gəlir payını almaq istəyəcəkləri nəzərə alınmaqla baş verəcək", — deyə Overçuk vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin