Ermənistan Aİİ ilə əlaqələri kəsmək niyyətində deyil

Hazırda oxunan: Ermənistan Aİİ ilə əlaqələri kəsmək niyyətində deyil

616363

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır və birliklə əlaqələrin kəsilməsi ssenarisini nəzərdən keçirmir.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan Astanada "Vesti" proqramı üçün Pavel Zarubinə verdiyi müsahibədə bəyan edib.
 

Jurnalist Ermənistan rəsmisindən hakimiyyətin Aİİ ilə əməkdaşlığın azaldılması və ya birlikdən çıxılması halında yarana biləcək mümkün iqtisadi nəticələri qiymətləndirib-qiymətləndirmədiyini soruşub.


"Bizim qarşımızda Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrin kəsilməsi məsələsi durmur. Müvafiq olaraq, hazırkı məqamda hər hansı bir hesablama aparmağa heç bir ehtiyac görmürük", — deyə Qriqoryan cavab verib.

Baş nazirin müavini həmçinin ümidvar olduğunu bildirib ki, Rusiyaya malların tədarükündə yaranmış çətinliklər texniki xarakter daşıyır və yaxın gələcəkdə tənzimlənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin