Paşinyan: Yaxın gələcəkdə şimal istiqamətində də dəmir yolunu açacağıq

Hazırda oxunan: Paşinyan: Yaxın gələcəkdə şimal istiqamətində də dəmir yolunu açacağıq

616330

"ABŞ-ın Dövlət katibi və Ermənistanın Xarici İşlər naziri bu yaxınlarda «TRIPP» layihəsinin icrasına dair saziş imzalayıblar. Baxmayaraq ki, bizi uzun müddət dəhlizi təhvil verməyə hazırlaşmaqda ittiham edirdilər, bu sənəd mövcud olmayan həmin mövzunu gündəmdən çıxardı".

Bizim.Media xəbər verir ki, bu barədə mayın 31-də, seçkiqabağı təşviqat kampaniyası zamanı məzuniyyətdə olan Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Qeyd edək ki, o, ölkədə hazırda hakimiyyətdə olan "Mülki Müqavilə" partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edir.
 

O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp bu imzalanmadan sonra Ermənistanı Şərqdən Qərbə enerji daşıyıcılarının tranziti üçün mühüm marşrut kimi nəzərdən keçirdiyini yazıb.


"Bu, Ermənistanın rolunun artması deməkdir. Ermənistandakı beynəlxalq tərəfdaşlar bəyan ediblər ki, Ermənistan Qərbdən Şərqə ən qısa yolun keçdiyi məkanda yerləşir. Bu yol Şirak, Lori və Tavuşdan keçir. Bu o deməkdir ki, biz yaxın gələcəkdə dəmir yolunu yalnız cənub istiqamətində deyil, həm də şimal istiqamətində açacağıq.

Biz iki xətti (İcevan-Hrazdan və Vanadzor-Gümrü) birləşdirəcəyik və ən qısa dəmir yolu istiqamətini əldə edəcəyik. Digər tərəfdən, beynəlxalq investorlar bizə Şirak, Lori və Tavuş boyunca yeni ödənişli yol tikməyi təklif edirlər", — deyə Paşinyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin