Casusluq edən jurnalist həbs edildi

Hazırda oxunan: Casusluq edən jurnalist həbs edildi

616321

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casusluq ittihamı ilə daha bir nəfər — jurnalist İrakli Çixladze həbs olunub. Qurum bu məlumatı rəsmən təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Gürcüstanın Birinci Kanalının verdiyi məlumata görə, İrakli Çixladze "Qafqaz İnsan Haqları İnstitutu"nun təsisçisi və rəhbəridir.
 

Dövlət Təhlükəsizliyi Xidmətinin brifinqində bildirilib ki, saxlanılan şəxs öz ölkəsinin mənafelərinə zidd olaraq, jurnalist, ekspert və digər peşəkar dairələrdəki şəxsi əlaqələrindən istifadə edib. O, xarici xüsusi xidmət orqanlarının maraqlarına uyğun olaraq, sistematik şəkildə kəşfiyyat xarakterli məlumatların toplanması və onlara ötürülməsi ilə məşğul olub.


Qurumun məlumatına görə, saxlanılan şəxsin ötürdüyü məlumatlara Gürcüstanda və qonşu ölkələrdə baş verən proseslər barədə datalar daxil olub.

Bundan əlavə, DTX qeyd edib ki, o, onlayn platforma pərdəsi altında kəşfiyyat şəbəkəsini idarə edib, həmçinin xüsusi xidmət orqanlarından daxil olan vəsaitləri şəbəkə üzvləri arasında bölüşdürüb.

Xatırladaq ki, daha əvvəl DTX casusluq ittihamı ilə "Avrasiya İnstitutu"nun təsisçisi Qulbaat Rtsxiladzeni də həbs etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin