Medvedev Ukraynanı AES-ə zərbə endirməklə hədələdi

Hazırda oxunan: Medvedev Ukraynanı AES-ə zərbə endirməklə hədələdi

616303

Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri səbəbindən atom elektrik stansiyalarında fəlakətli dağıntılar baş verəcəyi təqdirdə Rusiya buna simmetrik cavab verə bilər.

Bizim.Media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedev cavab olaraq Ukraynanın və ya NATO ölkələrinin AES-lərinə zərbə endirilə biləcəyini bəyan edib.
 

"Rosatom"un baş direktoru Aleksey Lixaçov daha əvvəl bildirmişdi ki, şənbə günü Ukraynaya məxsus döyüş dronu Zaporojye AES-in 6 nömrəli enerji blokunun maşın zalının binasına zərbə endirib və partlayıb.


Stansiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə nəticəsində xəsarət alan və ya kritik dağıntı qeydə alınmayıb, texnoloji proseslərin pozulması baş verməyib, radiasiya fonu isə norma daxilindədir.

"Bu cür hərəkətlərə cavab olaraq Ukrayna AES-lərinə, eləcə də münaqişəyə cəlb olunmuş NATO ölkələrindəki AES-lərə simmetrik zərbə endirilə bilər", — deyə Medvedev "Maks" platformasındakı kanalında yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin