Rusiyanın Türkiyə gəmisinə hücumuna Ankaradan REAKSİYA

Hazırda oxunan: Rusiyanın Türkiyə gəmisinə hücumuna Ankaradan REAKSİYA

616077

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa limanından hərəkət edən yük gəmisinin mayın 28-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Türkiyə XİN-in bununla bağlı yaydığı açıqlamada hadisə nəticəsində gəminin heyətinə mənsub iki Türkiyə vətəndaşının xəsarət aldığı qeyd olunub.

Yaralıların vəziyyətinın Türkiyənin Odessadakı Baş Konsulluğu tərəfindən nəzarətdə saxlandığı vurğulanıb.

Açıqlamada Türkiyənin son dövrlərdə Qara dənizdə müşahidə olunan hərbi gərginliyin region üçün yaratdığı risk və təhdidlərdən narahatlığı ifadə olunub:

"Son dövrlərdə Qara dənizdə müşahidə olunan müharibə ilə əlaqəli gərginliyin bölgəmiz üçün yaratdığı risk və təhdidlərlə bağlı narahatlığımız, eləcə də bunun ölkəmizə mümkün mənfi təsirləri barədə xəbərdarlıqlarımız məsələ ilə əlaqəli bütün tərəflərə bütün səviyyələrdə çatdırılır.

Müharibənin nəzarətsiz şəkildə genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinilməsi ilə bağlı xəbərdarlığımızı aidiyyəti bütün tərəflərə bir daha təkrarlayırıq".

Türkiyə XİN Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin qorunması ilə bağlı çağırış edib:

"Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması və müharibənin danışıqlar yolu ilə başa çatdırılmasına dair çağırışlarımız qüvvədə qalır. Gərginliyin qarşısının alınması və sülh prosesinin sürətləndirilməsi məqsədilə regional mənsubiyyətə əsaslanan və nəticəyönümlü tədbirlər hazırlamağa hazır olduğumuzu aidiyyəti tərəflərin diqqətinə çatdırırıq".

Xatırladaq ki, bu gün gecə saatlarında Rusiya Ukraynadan Türkiyəyə gedən yük gəmisinə PUA ilə hücum edib. Zərbə nəticəsində gəminin göyərtəsində yanğın baş verib. Yanğın operativ şəkildə lokallaşdırılsa da, heyət üzvlərindən iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin