İran Küveytə ballistik raket atıb

Hazırda oxunan: İran Küveytə ballistik raket atıb

615966

ABŞ-nin Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın Küveytə ballistik raket atması ilə bağlı xəbər yayıb.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, məlumat komandanlığa məxsus “X” sosial şəbəkəsində paylaşılıb.

Bildirilib ki, mayın 27-də yerli vaxtla saat 22:17-də İran tərəfindən Küveyt istiqamətinə raket göndərilib. Lakin Küveyt hava hücumundan müdafiə qüvvələri onu havada ikən vurublar.
 

Bununla yanaşı, İranın digər istiqamətdən də atəşkəsi pozduğu və 5 dronla hücuma keçdiyi qeyd edilib. Həmin uçuş aparatları ABŞ-nin ərazidəki qüvvələri tərəfindən məhv olunub.


Qeyd edək ki, bu gün səhər saatlarında İranın dövlət televiziyası ölkənin cənubundakı Bender Abbas istiqamətində 3 dəfə partlayış səsinin eşidildiyi barədə məlumat yayıb. Bundan sonra ABŞ İranın cənubundakı hərbi bazaya zərbə endirildiyini təsdiqləyib.

Bildirilib ki, həmin baza ABŞ qüvvələrinə və ticari nəqliyyat vasitələrinə təhlükə yaradırmış. İranın buna cavab olaraq Küveyti hədəf aldığı iddia edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin