Pezeşkian: İran nüvə silahı axtarmır

Hazırda oxunan: Pezeşkian: İran nüvə silahı axtarmır

615957

İran nüvə silahı axtarışında deyil.

Bizim.Media ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Biz nüvə silahı axtarmırıq, regiondakı gərginliyin səbəbi İsraildir", - o bildirib.

İran Prezidentinin sözlərinə görə, ölkəsi alçaldılma ilə aparılan diplomatiyaya qarşıdır:

"İnsanların 80 gündən artıq meydanda qalması dünyanı heyrətləndirir. Halbuki iki bomba və raketin köməyi ilə bir qrup xainin ölkəni xaosa sürükləyəcəyini düşünürdülər".

M. Pezeşkian bildirib ki, İran dünyanın ən güclü dövlətinə müqavimət göstərib.

"Belə olan halda çətinlikləri qəbul etməliyik, müharibə aparıb hər şeyin adi qaydada davam etməsini gözləmək olmaz", - o xalqa müraciət edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin