Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO/VİDEO

Hazırda oxunan: Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO/VİDEO

615952

Gürcüstanın paytaxtı Tbilisidə şəhərin əsas rəmzlərindən hesab olunan televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, aksiya 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə həyata keçirilib.
 

Axşam saatlarından etibarən Tbilisi teleqülləsi və Kür çayı üzərində yerləşən şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıqlandırılıb.


Qeyd edək ki, Tbilisi teleqülləsi və “Sülh körpüsü”nün hər il mayın 28-də Azərbaycan bayrağının rənglərində işıqlandırılması artıq ənənə halını alıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin