İranda internet yaxın günlərdə BƏRPA olunacaq

Hazırda oxunan: İranda internet yaxın günlərdə BƏRPA olunacaq

615382

İranda birinci vitse-prezident Məhəmməd Rza Arifin sədrliyi ilə iclas keçirilib və internetin 2025-ci ilin dekabrından əvvəlki vəziyyətinə qaytarılması barədə qərar qəbul edilib.

Bizim.Media xəbər verir ki, “Asr İran” məlumat yayıb.

Hesabata əsasən, bu qərar 9 lehinə, 3 əleyhinə səslə təsdiqlənmək üçün Prezident Administrasiyasına göndərilib və təsdiq ediləcəyi təqdirdə icra olunması üçün Rabitə Nazirliyinə tapşırılacaq.

İran mediası bir neçə saat sonra Məhəmməd Rza Arifin qlobal internetin açılmasının zəruriliyi barədə fikirlərini dərc edib.

"Qayda pozan bir sürücüyə görə magistral yolu bağlamırlar. Niyə elə etməliyik ki, bir tələbə akademik işləri üçün internetinin açılmasını yalvararaq istəsin? Xalqa kömək etmək şüarı verib, əməldə isə xalqa güvənməyərək interneti onların üzünə bağlaya bilmərik. Bu addımla ictimai kapitalı məhv edir və texnoloji inkişaf yolunu keçmək imkanını əldən veririk", - İranın Birinci vitse-prezidenti deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin