İranın Bakıdakı səfiri Təbrizdəki hadisədən yazdı

Hazırda oxunan: İranın Bakıdakı səfiri Təbrizdəki hadisədən yazdı

615068

İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu ötən gün Təbrizdəki konsulumuz Ramil Rza oğlu İmranovun ölümü ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, səfir bu haqda sosial şəbəkədə məlumat yayıb.

“İranda Azərbaycan Respublikasının konsulu, hörmətli Ramil Rza oğlu İmranovun vəfatı xəbərini dərin hüznlə qarşıladım. Bu ağır itkini onun ailəsinə, dostlarına və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarına səmimi qəlbdən başsağlığı verirəm. Xidmət borcunu yerinə yetirərkən həyatını itirmiş bu dəyərli həmkarımıza Uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm”, - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin