İran uranla bağlı yayılan xəbərləri qəti TƏKZİB ETDİ

Hazırda oxunan: İran uranla bağlı yayılan xəbərləri qəti TƏKZİB ETDİ

615047

Məlumatlı mənbə İranın uranın zənginləşdirilməsinin 10 il müddətinə dayandırılması təklifi ilə bağlı mediada yayılan məlumatları qəti şəkildə təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi ilə söhbətində məlumatlı mənbə bildirib.
 

““Al-Arabiya” telekanalının İranın uranın 3,6 faizdən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif etməsi barədə xəbəri tamamilə yanlışdır”, - mənbə qeyd edib.


Mənbə vurğulayıb ki, hazırkı şəraitdə xəbərlərin və danışıqların diqqət mərkəzində dayanan əsas məsələ müharibənin dayandırılmasıdır.

“Nüvə problemi ilə bağlı heç bir detal müzakirə olunmur”, - deyə İran agentliyinin həmsöhbəti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin