İran Hörmüz boğazını açmaq üçün ABŞ-a ŞƏRT QOYDU

Hazırda oxunan: İran Hörmüz boğazını açmaq üçün ABŞ-a ŞƏRT QOYDU

615032

İran şənbə günü Pakistan ordusunun baş komandanı Asim Munirin Tehrana səfəri zamanı iki təklif irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı diplomatik mənbələrə istinadən məlumat dərc edib.
 

Mənbələrin bildirdiyinə görə, Tehran ABŞ-nin İrana təzminat ödəməsi müqabilində Hörmüz boğazını yenidən açmağı təklif edib. Tehran həmçinin tələb edib ki, hər hansı bir saziş imzalanmazdan əvvəl sanksiyaların yumşaldılması və İranın dondurulmuş vəsaitlərinin sərbəst buraxılması ilə bağlı müzakirələr aparılsın.


İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai şənbə günü bəyan edib ki, “biz razılığa həm çox uzağıq, həm də çox yaxınıq”. O əlavə edib ki, Pakistan ordusunun baş komandanı Asim Munirin Tehrana səfərinin məqsədi İran və ABŞ arasında mesaj mübadiləsi aparmaq olub.

O qeyd edib ki, Tehran hazırda Vaşinqtonla anlaşma memorandumunun tamamlanması üzərində cəmləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin