Ermənistan ilk dəfə zavod istehsalı olan "D-30" haubitsalarından 2023-cü ildə istifadə edib, buna qədər isə bütün artilleriya 1950–1960-cı illərə aid olub.
Bizim.Media xəbər verir ki, bu barədə mayın 21-də Ermənistanın Ararat vilayətinin Artaşat şəhərində keçirilən mitinqdə məzuniyyətə çıxan və hazırda ölkədə hakimiyyətdə olan "Mülki Müqavilə" partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Baş nazir Nikol Paşinyan bəyan edib.
Onun sözlərinə görə, Serj Sarkisyan (Ermənistanın üçüncü prezidenti-red.) 1980-ci illərin silahlarından danışarkən şişirdirdi.Paşinyan əlavə edib ki, bu silahlar əslində 1960–1970-ci illərə aid olub.
"Onlar digər ölkələrin artıq ehtiyac duymadıqları üçün Ermənistana təhvil verdikləri yararsız silahlardan istifadə ediblər. Ordunun, silahlanmanın və texnologiyanın nə olduğunu biz mayın 28-də İrəvanda, Respublika meydanında göstərəcəyik", - deyə Paşinyan qeyd edib.
O, dövlətdən oğurlanmış əmlakın geri qaytarılmasından təkrar danışaraq əlavə edib ki, Ararat vilayətinə təxminən 200 milyon dollar dəyərində 25 əmlak vahidi qaytarılıb.
Bizim.Media



































































































