Keçmiş baş redaktorun 286 il həbsi tələb edildi

Hazırda oxunan: Keçmiş baş redaktorun 286 il həbsi tələb edildi

614490

İstanbulda “Mehmet Akif” cinayət qruplaşması ilə bağlı aparılan istintaq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, təşkilatın lideri hesab olunan "Habertürk TV"nin keçmiş baş redaktoru Mehmet Akif Ersoy barəsində 286 ilədək həbs cəzası istənilib.

İddianamədə qeyd olunur ki, qruplaşma narkotik vasitələrin istifadə olunduğu məclislər təşkil edib, qadınları çoxsaylı cinsi münasibətlərə məcbur edib.

96 səhifəlik ittiham aktında 11 qadın zərərçəkmiş qismində tanınıb. İş üzrə Mehmet Akif Ersoyla yanaşı daha bir neçə nəfər şübhəli şəxs qismində yer alıb.

İstintaq materiallarına əsasən, təşkilat üzvləri məclislərdə qadınlara narkotik vasitələr verərək onların qərarvermə qabiliyyətini zəiflədib, daha sonra müxtəlif oyunlar vasitəsilə onları cinsi xarakterli hərəkətlərə cəlb ediblər.

Mehmet Akif Ersoy barəsində “cinayət təşkilatı yaratmaq və idarə etmək”, “narkotik vasitələrin dövriyyəsi”, “narkotik istifadəsini asanlaşdırma” və “cinsi zorakılıq” maddələri üzrə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin