Rusiyanın paytaxtı Moskvanın şərqində güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Amur küçəsində üzlük materialların yandığını bildirib.
Məlumata görə, hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun söndürülməsi istiqamətində işlər aparılır.
Moskva Nəqliyyat Departamenti isə bildirib ki, yanğın səbəbindən şəhərin Şimal-Şərq istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Bizim.Media


































































































