Yaxın Şərqdə növbəti savaşın ANONSU – Hər an başlaya bilər...

Hazırda oxunan: Yaxın Şərqdə növbəti savaşın ANONSU – Hər an başlaya bilər...

613510

ABŞ Prezidenti Donald Trampın Çin səfərindən sonra İranla müharibənin yenidən alovlanması ehtimalı gündəmə gəlib.

Xarici mətbuatın yazdığına görə, Tramp adminstrasiyası bu həftə sonu İrana qarşı yenidən əməliyyatlara başlaya bilər. ABŞ lideri İrana qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.
 

Bu açıqlama fonunda İsrail ordusu maksimum hazırlıq səviyyəsinə gətirilib. Ölkənin sərhədyanı ərazilərində təhlükəsizlik tədbirləri daha da gücləndirilib.


Bu əsasda İsrailin müdafiə naziri İsrael Kats hərbi əməliyyatların yenidən başlana biləcəyini istisna etməyərək, buna hazır olduqlarını bəyan edib. O qeyd edib ki, İrandakı missiyaları hələ başa çatmayıb və yaxın zamanlarda hərəkətə keçməli olacaqlar.

Müharibə yenidən başlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, ABŞ və İsrail tərəfindən İrana qısa müddətli, preventiv zərbələrin endiriləcəyi gözlənilir:

“Təbii ki, Trampın açıqlamaları prosesin tamamlanmadığını göstərir. Digər tərəfdən, İsrailin də hərbi hazırlığı davam edir. Amma bu proseslərə nəzərən İranın verdiyi açıqlamalar onların hücumları dəf etməyə həmişə hazır olduğunu göstərir.
 

O cümlədən, Amerika Hörmüz boğazı üzərində nəzarətdən əl çəkməyəcək. Hətta onun gündəmində adaların ələ keçirilməsi kimi yanaşma var. Bundan əlavə, xüsusi təyinatlı dəstələr əməliyyatla İranın uran ehtiyyatlarını ələ keçirməlidir.


Demək olar ki, savaşın yenidən başlamaq ehtimalı ərəfəsindəyik. Prosesin enerji bazarına təsiri, regional eskalasiya və diplomatik iflas birlikdə rislli perspektiv vəd edir. Hər halda atəşkəs “nəfəs borusundadır”. Amma o hər an partlaya bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin