Paşinyanı vurmağa cəhd edən şəxs AZADLIĞA buraxıldı

Hazırda oxunan: Paşinyanı vurmağa cəhd edən şəxs AZADLIĞA buraxıldı

607143

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı hücum cəhdinə görə saxlanılan məktəbli David Minasyan azadlığa buraxılıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bu barədə yeniyetmənin vəkili Lusin Martirosyan məlumat verib.
 

“Prokurorun qərarı ilə David Minasyanın həbsi ləğv olunub. O, bir qədər əvvəl “Armavir” cəzaçəkmə müəssisəsindən azad edilib”, – deyə vəkil Lusine Martirosyan “Facebook” sosial şəbəkəsində yazıb.


Bundan əvvəl Ermənistanın İstintaq Komitəsi Minasyan barəsində Cinayət Məcəlləsinin 297.1-ci (xuliqanlıq) və 452.3-cü (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə) maddələri ilə cinayət işi açıldığını bildirmişdi. Aprelin 1-də məhkəmə yeniyetmə barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi.

Qeyd edək ki, martın 29-da Ermənistanın Daxili İşlər Nazirliyi Yerevandakı Müqəddəs Anna kilsəsində baş verən insidentlə bağlı üç nəfərin saxlanıldığını açıqlamışdı.

Hadisə zamanı gənc şəxs kilsədən çıxarkən Paşinyana zərbə endirməyə cəhd göstərib, bundan sonra baş nazirin mühafizəçilərindən biri ona müdaxilə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin