Qiyməti artmasa da, çəkisi azalır...

Hazırda oxunan: Qiyməti artmasa da, çəkisi azalır...

620839

Dünya şokolad sənayesi son onilliklərin ən ciddi transformasiya dövrünü yaşayır. 2024-cü ilin sonlarında qlobal birjalarda kakao paxlasının tonunun qiyməti rekord həddə – 11-12 min dollara qədər yüksəlmişdi. Baxmayaraq ki, qlobal xammal bazarı tənzimlənir və xammal qiymətləri bir qədər stabilləşir, zavodların istehsal xərcləri hələ də pik həddədir. Bu böhranın acı nəticələri artıq qonşu Rusiyanın rəflərində real rəqəmlərlə özünü göstərir. Rusiyada şokolad plitələrinin satışı birdən-birə 13% azalıb.

Azərbaycanın şirniyyat bazarında vəziyyət necədir?
 

MÖVZU İLƏ BAĞLI:

Şokalad alarkən diqqətli olun


Rusiya bazarında baş verən bu dalğalanma Azərbaycanın daxili bazarı üçün birbaşa siqnaldır. Səbəb isə ölkəmizdə pərakəndə satışda olan şokoladların, xüsusilə orta və aşağı qiymət seqmentindəki ("Alenka", "Baxus", "Slavyanka", "Krasnıy Oktyabr" və s.) brendlərin böyük hissəsinin məhz Rusiyadan idxal edilməsidir.

Qiymət artımı qaçılmazdır

Rusiyada zavod qiymətlərinin və pərakəndə satışın 11-12% bahalaşması, yaxın aylarda Bakıdakı böyük supermarket şəbəkələrində də həmin şokoladların qiymətinə indeksasiya olunacaq.

Bundan əlavə, diqqət etsəniz, Azərbaycan marketlərində də yerli və xarici istehsal olan bir çox şokolad plitələrinin çəkisi artıq 85 və ya 90 qrama endirilib. İstehsalçılar qlobal “şrinflasiya" trendini Bakıda da tətbiq edirlər.

Yerli istehsalın şansı

Qlobal brendlərin (həm rus, həm Avropa) bahalaşması fonunda, yerli qənnadı fabriklərimiz daha uyğun qiymətə şokolad və konfet çeşidləri təklif etməklə daxili bazarda öz paylarını artırmaq şansı əldə edirlər.

Analitiklərin rəyinə görə, kakao bazarında kəskin ucuzlaşma baş verməsə, şokolad yaxın dövrdə gündəlik kütləvi qidadan daha çox, "premium" və ya hədiyyəlik məhsul statusuna keçə bilər. Alıcılar isə çay süfrələrini bəzəmək üçün daha çox milli şirniyyatlara, un məmulatlarına və peçenyelərə üstünlük verməkdə davam edəcəklər.

Qiymət artmasa da, çəkisi azalır...

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, dünya və Rusiya bazarlarında baş verənlər təbii ki, Azərbaycanda da öz inikasını tapıb:

“Ümumilikdə, Azərbaycan bazarındakı konfet və şokaladların 75 faizi idxal məhsuludur. Amma şokalad plitələri 100 faizi idxal edilir. Baxmayaraq ki, ölkəmizdə bir neçə iri şokalad istehsalçısı var. Lakin həmin müəssisələr şokalad plitələri istehsal etmir.


Yerli istehsalın olmaması da qiymətlərin dalğalanmasına səbəb olur. Dünya bazarındakı qiymət dəyişiklikləri təbii ki, birbaşa şokalad plitələrinin qiymətinə, çəkisinə və keyfiyyətinə təsir edir. Təsadüfi deyil ki, hazırda marketlərin vitrinlərindəki şokalad plitələrinin qiyməti əvvəlki kimi gösrsənsə də çəkilərdədə ən azı 15-20 faiz azalma var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin