“Gürcüstan dövləti bunun səbəbini ortaya qoymalıdır ki, nə üçün “Borçalı”x9d Cəmiyyətinin sədri ölkəyə nə üçün buraxılmır ”x9d
Müsahibimiz
Gürcüstandan yaşayan soyadaşlarımızı özündə birləşdirən və Gürcüstanda azərbaycanlıların
hüquqları uğrunda illərdir mübarizə aparan “Qeyrət”x9d Xalq Hərakatının sədri
Əlibala Əsgərovdur. “Hürriyyət”x9din əməkdaşı Ə.Əsgərovla söhbətində son günlər
Gürcüstanda baş verən proseslər ətrafında müzakirələr aparıb.
- Əlibala müəllim, ilk olaraq “Qeyrət”x9d Xalq Hərakatının fəaliyyəti
ilə bağlı açıqlama vermənizi xahiş edərdik. Hazırda təşkilatın fəaliyyəti nə
yerdədir?
- Etiraf edim ki, “Qeyrət”x9d Xalq Hərakatı son vaxtlar
passivlik dönəmi yaşayır. Bunun da səbəbi Gürcüstanda gedən proseslərdir. Yəni
artıq Gürcüstanda ictimai təşkilatların hər hansı bir məsələnin həllində rolu
qeyri-mümkündür. Çünki əvvləcə Saakaşvilinin hakimiyyəti dövründə iqtidar heç
bir ictimai təşkilatlarla işləmədi. Onun dönəmindəki məmurlar ancaq özlərinin
yekdil komandasının fəaliyyəti ilə məşğul oldular. İctimai təşkialatların heç
biri ilə işləmədilər, onların təklifləri də dövlət tərəfindən qəbul olunmadı. Həmin
ənənə olduğu kimi indiki hakimiyyət tərəfindən də davam etdirilir. Yenə də
ictimai təşkilatlara bir qədər önəm verilmir, bütün proseslər siyasi partiyalar
arasında gedir. O səbəbdən də “Qeyrət”x9d Xalq Hərakatı olaraq bizim də fəaliyyətimizdə
bir passivlik var. Çünki əgər hansısa məsələ çox ciddi, həddən artıq radikal
qoyulursa, bunu milli ayrıseçkilik kimi qəbul edirlər. Amma “Qeyrət”x9d Xalq Hərakatı
mövcuddur, ölkədə həyati əhəmiyyətli məsələlər ortaya çıxarsa, hansısa proseslər
baş verərsə, hər halda ilk dəfə reaksiya verən və bu məsələyə münasibət bildirən
yenə də “Qeyrət”x9d Xalq Hərakatı olacaq.
- Gürcüstan hakimiyyəti yalnız azərbaycanlıların təmsil
olunduğu təşkilatlara soyuq münasibət göstərir, yoxsa bütün təşkilatlara qarşı
diqqətsizdir?
- Mən deyərdim ki, QHT-lərin hamısına soyuq münasibət var. Yəni
bu, təkcə bizimlə bağlı deyil. Təbii ki, “Qeyrət”x9d Xalq Hərakatı artıq Gürcüstan
iqtidarlarında silsilə olaraq milli hüquqların müdafiəçisi kimi həmişə diqqət mərkəzində
olub. Odur ki, ona qarşı proseslərdə daha ciddi olurlar və daha radikal mövqe
nümayiş etdirirlər.
- Sizcə, hakimiyyətin QHT-lərə diqqətsizliyinin səbəbi nədir?
- Mən bugünkü hakimiyyətin diqqətsizliyini elə iqtidardaxili
çəkişmələrdə görürəm. Hakimiyyətin özü sabit bir hakimiyyət ola bilmədi. Yəni 6
partiyadan ibarət olan hakimiyyətin özünün təşkilatlararası sorunları hər şeydən,
yəni dövlətçilikdən öncə görünməkdədir.
- Bildiyimizə görə, zaman-zaman Azərbaycan dövləti də Gürcüstanda
fəaliyyət göstərən təşkilatlara bu və ya digər şəkildə dəstək verib. Bu gün o
qayğını yenə də hiss edirsiniz?
- Azərbaycan dövləti, o cümlədən ayrı-ayrı qurumlar, məsələn,
Diaspora Komitəsi müəyyən mənada “Qeyrət”x9d Xalq Hərakatına, Azərbaycanlıların Mədəniyyət
Mərkəzinə və bu kimi bir neçə təşkilata dəstək verirdi. Amma son zamanlar
Gürcüstanda yaranmış Azərbaycan şirkətləri və Azərbaycan dövlətinin burdakı
biznes qurumları bir növ Azərbaycan dövləti qarşısında müəyyən öhdəlik götürdülər
ki, guya burda olan prosesləri onlar özləri həll edəcək, Gürcüstan azərbaycanlılarına
olan bütün köməklikləri edəcəklər. O səbəbdən də dövlət qurumlarından bizə olan
dəstəklər zəiflədi və burda olan Azərbaycan şirkətlərinə önəm verildi. Yəni məsələ
belə qoyuldu ki, burdakı təşkilatlara müəyyən mənada dəstəyi həmin qurumlar
versin. Məsələn, SOKAR, AKKORD, eləcə də bu və ya digər təşkilatlar. Amma tam səmimi
deyirəm, biz bu günə qədər Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin
heç birindən nə mənəvi, nə də maddi dəstək görməmişik.
- Azərbaycan dövlətinin bir növ sizin arxanızdan çəkilməsi,
sizcə, nə ilə bağlı ola bilər?
- Mən bunun birbaşa altını çizərək deyirəm, Azərbaycan
Gürcüstana borçalıların həyat fəaliyyəti və onların yaşayışına önəm vermək əvəzinə,
neft borularının üstündə girdi. İqtisadi əlaqələrə daha çox önəm verdi. Burda
yeni bir bazar tapdılar və o bazar bu gün də Gürcüstanda genişlənməkdə davam
edir. Və millət, Borçalı, xalq arxa plana keçdi.
- Burda dövlətin, yoxsa ayrı-ayrı məmurların laqeydsizliyindən
söhbət gedir?
- Mənə elə gəlir ki, ayrı-ayrı dövlət məmurlarının hamısının
başı bir yerdəndir. Yəni o məmurlar da müəyyən nazirlərə tabedir. Əgər
prezident nazirlərə tapşırmışdısa, “Gürcüstanda gedən prosesləri diqqətdə
saxlayın”x9d sərəncamını vermişdisə, mən deyərdim ki, elə nazirliklər, dövlət səviyyəli
biganəlik var.
- Lakin son vaxtlar Bakıda tez-tez deyirlər ki, Gürcüstanda fəaliyyət
göstərən Azərbaycan şirkətləri hesabına soydaşlarımızın işlə təmin olunmaları
sahəsində ciddi irəliləyiş var...
- Bəli, kənardan baxanda fəaliyyət göstərən, göstərməyən,
yalançı və paravan təşkilatlarını da içşinə qatsaq, Gürcüstanda Azərbaycanın
200-dən artıq şirkəti qeydiyyatdan keçib. Mən deyərdim ki, onların içərisində
SOKAR-da müəyyən azərbaycanlılar yanacaq doldurulma məntəqələrində şlanq
tuturlar, qalan şirkətlərdə mən kiməsni görmədim. Yəni bunu tam əminliklə deyirəm
ki, burdakı şirkətlərin Gürcüstan azərbaycanlılarının işlə təmin olunmasında o
qədər də önəmi olmadı.
- Bəs, azərbaycanlıların ümumilikdə Gürcüstan hakimiyyətində
təmsil olunmaları sahəsində hər hansı irəliləyiş varmı?
- Qətiyyən yox. Mərkəzi hakimiyyətdə 1-2 nəfərin təmsil
olunmağı ilə, qalan rayon səviyyəli strukturlarda azərbaycanlıların işlə təmin
olunmasının minimuma endirilməsi, hardasa azərbaycanlıların işlə təmin olunması
demək deyil. Bilirsiniz ki, Gürcüstan azərbaycanlıları ölkədə əhalinin 11-12
faizini təşkil edir. Regionda isə əhalinin 50 faizindən çoxunu təşkil edir.
Amma çox təəssüflə deyirəm ki, regiondakı dövlət strukturlarının heç 10 faizində
belə azərbaycanlı yoxdur.
- Bu, hakimiyyətin azərbaycanlılara qarşı ögey münasibətinin
nəticəsidir, yoxsa yenə də dil problemi mövcuddur?
- Bu, bütün hakimiyyətlər tərəfindən belə gəlib, belə də
davam edir. Seçkiqabağı müəyyən vədlər verilir, seçkidən sonra tamamilə
unudulur və heç nə də yoxdur. Bunun bariz timsalı - erməni bölgəsində, yəni
Samsxe-Cavaxetiyada icra başçıları əgər erməni nümayəndəsindən seçilib, iqtidar
partiyasının siyashısından xalqa təqdim olunub, seçkiyə buraxılırdısa, azərbaycanlalılar
yaşayan bölgədə - Bolnisi, Marneuli, Qardabanidə bir nəfər belə iqtidar
partiyasından azərbaycanlı seçkilərdə icra hakimiyyəti postuna namizəd kimi
göstərilmədi. Bunun özü göstərir ki, dedikləri ilə elədikləri tamam bir-biri ilə
tərs mütənasibdir.
- Sizcə, bu siyasətin arxasında nə dayanır? Belə çıxır ki,
indiki Gürcüstan hakimiyyəti ermənipərəst mövqe tutub...
- Mən bunu dəfələrlə öz müsahibələrimdə və çıxışlarımda
demişdim; Gürcüstanda yaşayan ermənilərin mütəşəkkil təşkilatlanmaları, bunun
arxasında Ermənistan dövlətinin dəstəyinin olması, və yaxud Ermənistan hakimiyyətinin
Gürcüstandakı ermənilərə daha diqqətli yanaşması və Gürcüstan-Ermənistan
münasibətlərində bir az da xristianlıq faktorunun əsas götürülməsi və s.
bunların hamısını üst-üstə gəlsək, bəli, Gürcüstanda ermənilərə bizdən artıq önəm
verilir. Bu, faktdır. Və çox təəssüf ki, azərbaycanlılar bunu ancaq seyr etməkdədir,
buna qarşı heç bir münasibət yoxdur.
- Saakaşvilinin hakimiyyətu dönəmi ilə müqayisədə azərbaycanlılara
münasibət müsbətə, yoxsa mənfiyə doğru dəyişib?
- Əslində, Saakaşvili hakimiyyəti dövründə də kosmetik olaraq
azərbaycanlılara yaxınlaşma məsələsi ortaya qoyuldu. Bir faktı deyim.
Saakaşvili gəldi Marneuli rayonunda çox təntənə ilə qeyd etdi ki, prezidentin sərəncamı
ilə artıq 21 Mart Gürcüstanda da rəsmi bayram kimi qüvvəyə minir. Bu, ancaq
tribunadan deyilmiş bir söz oldu. Bu haqda nə qərar verildi, nə parlamentdə bu
məsələyə baxıldı, nə bunu bayram günlərinə artırdılar. Yəni Saakaşvili belə şou
xarakterli çıxışlar edərək “Gürcüstan azərbaycanlılarına dəstək”x9d və yaxud da
burda azərbaycanlılarla ayrıseçkilik olmadığını zaman-zaman dilə gətirirdi. Bu
hakimiyyət isə həmin ənənəni davam etdirir və biganəlik daha da artıb.
- Əlibala müəllim, Azərbaycanda fəaliyyət göstərən “Borçalı”x9d
Cəmiyyətinin “Qeyrət”x9d Xalq Hərakatı ilə əlaqələri varmı və bu təşkilatın
Borçalıdakı proseslərə təsir imkanlarını görürsünüzmü?
- “Borçalı”x9d Cəmiyyətinin Bakıdakı fəaliyyəti haqda bir şey
bilmirəm. Mənim “Borçalı”x9d Cəmiyyətinin rəhbərliyi ilə münasibətlərimdə heç bir
soyuqluq yoxdur. Sadəcə olaraq, mən sizə açıq deyim, “Qeyrət”x9d Xalq Hərakatı
olaraq “Borçalı”x9d Cəmiyyəti ilə işbirliyi qura bilmədik. Zamanında qura bilmədik
və bu, eləcə də davam etdi. Bu gün də hardasa “Borçalı”x9d Cəmiyyəti ilə “Qeyrət”x9d
Xalq Hərakatı arasında münasibətlər çox pərakəndə haldadır. Heç bir əlaqəmiz
yoxdur. Amma “Borçalı”x9d Cəmiyyətinin Gürcüstandakı fəaliyyətinin ən yüksək, pik
nöqtəsi “Elat”x9d Bayramının təşkili idi. Bu bayram artıq 5-6 ildir davam edir. Və
bu 5-6 ildə bu bayramla bağlı “Borçalı”x9d Cəmiyyəti Gürcüstanda sözünü demişdi.
Bu, xalq tərəfindən də pis qarşılanmırdı, əksinə çox yaxşı qarşılanırdı, artıq ənənə
şəklini almışdı. Qaldı geridə qalan məsələlərə... Bilirsiniz ki, Gürcüstan azərbaycanlılarının
Azərbaycanda böyük sorunları var, “Borçalı”x9d Cəmiyyəti o sorunlarla orda məşğul
olsa, daha gözəl olardı. Biz nə qədər desək ki, biz burdayıq, bizim vətənimiz
Gürcüstandır, amma bunu heç kəs danmaz, bu regionların Azərbaycanla çox sıx əlaqələri
var. Azərbaycana daha çox inteqrasiya olunmuş bir toplumuq, bir xalqıq. Çünki
birinin oğlu ordadır, birinin qızı ordadır, birinin ailəsinin yarısı burda,
yarısı ordadır. Lakin zaman-zaman Azərbaycanla Gürcüstan azərbaycanlıları
arasında müəyyən problemlər mövcud olur. Mən istəyərdim ki, o problemlərin həlli
yolunda “Borçalı”x9d Cəmiyyəti və yaxud da Bakıda olan ziyalılarımız bizə dəstək
versin. Məsələn, miqrasiya problemləri, pasport qeydiyyatı ilə bağlı. Və yaxud
zamanında Gürcüstanı məcburi köçkün kimi tərk etmiş və o dövrlərdə qeydiyyata
düşə bilməmiş insanların sorunları var. Məsələn, bizdə olan qeyri-rəsmi məlumata
görə, 5 mindən artıq adamın hələ də statusu yoxdur - nə Azərbaycan vətəndaşıdır,
nə Gürcüstanda evi-eşiyi var, nə də onun orda statusu yoxdur. Oğlu-uşağı
böyüyüb, qız ərə verib, oğul əsgər gedib-qayıdıb, hələ o valideyn vətəndaş
deyil orda. Yəni “Borçalı”x9d Cəmiyyəti bu məsələlərlə bağlı fəaliyyət göstərsəydi,
daha məqsədəuyğun olardı. Və bizim zaman-zaman qarşımıza çıxan problemləri çox
istərdim ki, Azərbaycanda yaşayan Borçalı kökənli ziyalılar da “Borçalı”x9d Cəmiyyəti
ilə birgə həll edəydi. Amma nədənsə, bəlkə də bu məsələdə bir qədər də günah
bizdədir, bu günə qədər bu əlaqələri yarada bilmədik və birgə işləyə bilmədik.
- “Borçalı”x9dCəmiyyəti sədrinin Gürcüstana girişinin
yasaqlanmasına münasibətiniz necədir?
- Mən o cəmiyyətin burdakı fəaliyyətində, yəni zaman-zaman gəlib
burdakı çıxışlarında Gürcüstan dövlətinin əleyhinə bir kəlmə belə eşitmədim. Yəni
Azərbaycan-Gürcüstan münasibətlərində və yaxud da Gürcüstanda hər hansı
separatizm meylləri ilə bağlı məsələləri “Borçalı”x9d Cəmiyyətinin ünvanına yazmaq
doğru olmazdı. Qətiyyən belə bir şey olmayıb. Mən də çox heyrətləndim ki, axı,
bu nədən belə olsun?! Nədən belə olmalıdır? Yəni, əgər bu “Borçalı”x9d adı daşıyan
cəmiyyətdirsə, Azərbaycan dövlətində rəsmi qeydiyyatdan keçmiş bir qurumdursa,
nədən cəmiyyətin sədrinin Gürcüstana girişi yasaqlanmalıdır?! Gürcüstan dövləti
səbəbini ortaya qoymalıdır ki, hansı səbəblərdən bu cəmiyyətin sədri Gürcüstana
buraxılmır. Əgər onu da əlavə etsək ki, “Borçalı”x9d Cəmiyyətinin sədri özü
Gürcüstan kökənlidir, Gürcüstan doğumludur, bunun ailəsi, əmiləri, qardaşları, əmisi
uşaqları, bütün qohum-əqrəbası burdadır, nə dərəcədə doğru olardı ki, onu bura
qoymasınlar?! Məsələn, mən bunu ümumiyyətlə borçalılara qarşı ayrıseçkilik kimi
qəbul edirəm. Yəni Gürcüstan dövləti tərəfindən atılan yanlış addım hesab edirəm.
Bunu Gürcüstan dövlətinə kimlər diqtə edibsə, onların yanlış siyasət kimi qəbul
edirəm. Çünki bu, doğru deyil. Yeri gəlmişkən, bir neçə gün öncə Zəlimxanın
yaxın qohumu, Şahismayıl Şəmmədoğlunun oğlu intihar edib. Zəlimxan bu gün əgər
onun dəfninə gələ bilmirsə, bunu, bizim hamımıza, borçalılara qarşı olunan bir
təzyiq kimi qəbul edirəm.
- Hesab edirsiniz ki, “Borçalı”x9d Cəmiyyətinin Gürcüstana
girişinin qadağan edilməsi siyasi qərardır?
- Bunu tam olaraq siyasi qərar və “Borçalı”x9d Cəmiyyətinin
zaman-zaman buraxdığı müəyyən səhvlərin nəticəsi hesab edirəm. Gürcüstan
hakimiyyəti “Borçalı”x9d Cəmiyyətini sadəcə olaraq qısqandı. Bu qısqançılığın nəticəsi
olaraq bu addımı atdılar. Yoxsa Zəlimxanın və cəmiyyətin Gürcüstan dövlətinin əleyhinə
nəyisə etdiyinə və edəcəyinə qətiyyən inanmıram və belə bir şeyə də yol verilə
bilməz.
- Qeyd etdiniz ki, Azərbaycan təşkilatlarından fərqli olaraq
Gürcüstanda ermənilərin təmsil olunduğu qurumlara daha çox dəstək verilir. O
halda siz bu problemdən çıxış yolunu nədə görürsünüz?
- Problemlərdən çıxış yolu istər Azərbaycana, istər də
Gürcüstana səpələnmiş borçalıların bir araya gəlməsidir. Əgər bir araya, ortaq
məxrəcə gəlinməsə, burdan ora, ordan bura telefon zəngləri ilə ayrı-ayrı
qurumlar yaradıb, ayrı-ayrı şəxslərə xidmət etmələrin sonu gəlməsə, bu, belə də
davam edəcək. Bir misal çəkim. Gürcüstanda Baqdanovka rayonu var idi, indi onu
Ninosminda ediblər. Ermənilər bu rayonda 1905-ci il hadisələri ilə bağlı
“soyqrım”x9d abidəsi qoydular. Gürcüstan dövlətinə müraciət edəndə ki, biz də
Xocalı soyqrımı abidəsi qoyaq... Yəni siz 100 il bundan qabaq olana status
verirsiniz, burda ona abidə ucalır, amma azərbaycanlıların yaxın tarixdə,
hamının gözü qarşısında başına gələn fəlakəti anmaq üçün bir balaca yer belə
yoxdur.
- Bu haqda rəsmi şəkildə müraciət etmisiniz?
- Hətta bizim “Qeyrət”x9d Xalq Hərakatı adından müraciətimiz
olub ki, Gürcüstan parlamentində bu məsələ müzakirəyə qoyulsun. Amma
susqunluqla cavab verdilər. Yaxşı, bizə cavab verəndə ki, bu qeyri-hökumət təşkilatlarının
işidir, Gürcüstan dövlətinin işi deyil, bəs onda necə olur ki, bir məscid yeri
istəyəndə aləm qarışır bir-birinə?! Bütün dövlət strukturları ayağa qalxır, məscid
yeri yasaqlanır. Amma o qoyduqları abidənin yerini dövlət ayırmadımı ermənilərə?!
Nədən onlara elə, bizə belə münasibət var? Bunun da arxasında, yenə deyirəm, Azərbaycan
dövlətinin Gürcüstan azərbaycanlıları ilə bağlı apardığı siyasətin zəif olması
durur.
“Hürriyyət”x9d






























































































