Nino Burcanadzedən Saakaşvili haqqında şok ittiham

Hazırda oxunan: Nino Burcanadzedən Saakaşvili haqqında şok ittiham

44453

Moderator.az Rusiyanın “Vzqlyad” nəşrinə istinadən Gürcüstanın eks-spikeri Nino Burcanadze ilə müsahibəni təqdim edir.

 -Sizcə Ukraynadakı hadisələrdə doğurdanmı Mixail Saakaşvilinin də əli var?

- Mixail Saakaşvili öz hərəkətləri ilə Gürcüstanın 20 faiz torpaqlarını itirdi. Əgər indi onu Ukraynada dinləsələr, o zaman Ukrayna da çox şey itirəcək. Mən ukraynalıları xəbərdar etmək istəyərdim. Bəsdir öz fantaziyaları ilə yaşadılar. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili martın 27-də keçmiş baş nazir Zurab Jvaniyanın naməlum ölümü ilə bağlı keçirilən istintaqa şahid kimi gəlməliydi. Amma gəlmədi.

- Nino, sizcə Saakaşvilinin istintaqdan boyun qaçırması təəccüb doğurmur ki?

- Mənim üçün Saakaşvilinin istintaqla əməkdaşlıq etməkdən boyun qaçırması heç də təəccüblü deyil. Çünki əvvəlcədən onun belə edəcəyi məlum idi. Məni narahat edən başqa məsələdir. “Gürcüstan arzusu” (Qruzinskaya meçta) partiyasının effektivsizliyi “Bütöv Milli Hərəkat”-ı (Yedinaya Nasionalnaya Dvijeniya) yenidən dirçəlmək imkanı əldə etdi. Bu da Gürcüstanın yeni hakimiyyətinin qərara verə bilməməsi və səriştəsizliyi ilə əlaqədardır. Əslində Saakaşviliyə qarşı cinayət işi açmaq olardı. Ancaq Saakaşvili indi yenə də siyasi çağırışlar etməyə başlayıb.

 - Necə düşünürsüz, Saakaşviliyə qarşı 2008-ci il müharibəsinə görə cinayət işi açılmalı idimi?

- İlk öncə onu qeyd edim ki, mən hələ 2008-ci ildə Saakaşvili tərəfindən “xain” bağlama almışdım. Mən hələ o zaman xarici mətbuata da bildirmişdim ki, o zaman Rusiya ilə müharibədən qaçmaq mümkün idi. Mən bunu deyən zaman məni hətta “Kremlin agenti” adlandıraraq, onlara işləməkdə günahlandırdılar. Lakin mən hələ müharibə başlayanda bilirdim ki, bu müharibənin qarşısını almaq olardı və bunun qarşısının alınmamasında Saakaşvilinin günahı böyükdür. Bununla bağlı araşdırma aparılmalıdır. İndiki Gürcüstan hakimiyyəti buna görə heç nə etmədiyinə görə də mən “Gürcüstan arzusu” Partiyasını qınayıram.

-Sizcə sonda Saakaşvili şübhəli  kimi məhkəmə qarşısına çıxacaqmı?

-Əgər mən hakimiyyətə gəlsəm mütləq çıxacaq. Mən qanunun yerinə danışmaq istəmirəm, amma mən əminəm ki, o çox şeylərdə təqsirkardır. Hesab edirəm ki, dəqiq araşdırılma aparılması üçün biz əlimizdən gələni etməliyik. Mən əgər oktyabrda prezident olsaydım, bunu təmin edərdim. Əslində hər kəs bunun siyasi təqib olmadığını və həqiqət olduğunun fərqindədir.

-26 may 2011 ci il tarixində Tbilisidə sizin tərəfdaşlarınızın mitinqi amansızca dağıdıldı. Çoxsaylı ölənlər var idi. Çoxları bunu Maydandakı hadisələrlə müqayisə edir. Sizcə burada nə qədər oxşarlıq var?

-Məncə bu o zaman Gürcüstanda olan hakimiyyətin Kiyevdəkindən qat-qat amansızca xalqla davranışı idi. Bu birmənalıdır. Məni ikili standartlar çox narahat edir. Çünki o zaman Gürcüstan xalqı öz milli dəyərlərinin qorunması naminə sakit yürüş  keçirirdi. Onları isə vəhşicəsinə döyürdülər və öldürürdülər. O zaman heç kəsdən səs çıxmırdı, heç kəs köməyə gəlmədi. O zaman bizim əlimizdə nə Molotov kokteyli, nə də silah var idi. Heç bir bina bizim tərəfimizdən zəbt edilməmişdi. Biz Rustaveli prospektindəki bahalı mağazalardan və qızıl dükanlarından 20 metr aralı dayanmışdıq. Heç bir yer bizim tərəfimizdən nə sındırılmamışdı, nə də qarət edilməmişdi. Lakin Saakaşvili o zaman bizə “Rusiyanın siyasiləri” adını yapışdıra bildi. Ona görə də bizi heç kəs dəstəkləmədi. Amma Maydanda hər kəs bilir ki, vəziyyət daha radikal mövqedə idi. Hələ üstəlik Maydandakıları yedizdirirdilər, içirdilər və başlarına sığal da çəkirdilər.

-Saakaşvilinin Ukraynadakı yeni hakimiyyəti öyrətmək məsələsinə necə baxırsız?

-Bu nonsensdir. Mən buna görə çox üzgünəm. Mən Yatsenyuku da, Kliçkonu da, Timoşenkonu da yaxşı tanıyıram. Onlar müxalifətdə olanda onlarla anlaşmaq olardı. 2011-ci ilin 26 mayında mən ilk mətbuat konfransımı Ukraynada keçirmişdim. Təəsüflər olsun ki, biz o zaman da anlaşa bilməmişdik. İndi isə onların yanında Gürcüstandakı müxalifləri darmadağın edən Saakaşvilini görürəm. O Maydanda mitinqə çıxır və ona hamı alqışlayır. Bu çox ağrılıdır. Bu göz yaşı qədər acıdır. Saakaşvili axı Maydanda nə məsləhət verə bilər? Məncə Ukraynalılar onun məsləhətlərindən ehtiyat etməlidirlər.

- Hamıya məlumdur ki, Soçidə keçirilən Olimp-iya oyunları zamanı Vladimir Putin Gürcüstan prezidentinin onunla görüşməsi üçün şərait yaratmışdı. Amma Gürcüstan prezidenti bundan istifadə etmədi. Sizcə Gürcüstan və Rusiya prezidentləri görüşməlidirlərmi?

- Mən həmişə Rusiya rəhbərliyi ilə birbaşa dialoqun tərəfdarı olmuşam. Rusiya ilə Gürcüstan arasında isə çox sayda müzakirə edilməli problemlər var. Putinlə danışmaq isə birmənalı olaraq gərəklidir. Amma Gürcüstanda hər şeyə isti başla münasibət göstərirlər. Ukrayna böhranı zamanı Obama, Merkel Putinə zəng vurub danışırdılar. Gürcüstan prezidenti zəng vursa nə olar ki? Saakaşvilinin zamanında da onun streotiplərini dağıdaraq, Rusiya ilə birbaşa dialoqlar aparmaq iqtidarında olan bir adam tapılmadı.

- 15 iyunda Gürcüstanda yerli seçkilərdir. Sizin ətrafınızda başlıca müxalif partiyaları birləşir. Sizin şansınız necə olacaq bu seçkilərdə?

- Biz məhdud maliyyə ehiyatımız və KİV-ə çıxışımızla yenə də də yaxşı nəticə əldə edəcəyimizə inanırıq. Əgər biz yerli seçkilərdə qalibiyyət əldə etsək, o zaman hakimiyyətə gəlmək üçün növbədənkənar parlament seçkilərini tələb edəcəyik. Mən əminəm ki, ötən prezident seçkilərində “Gürcü arzusu” Partiyası ilə “Bütöv Milli Hərakat” arasında danışıqlar oldu. Bu da məhz məni ikinci mərhələyə buraxmamaqdan ötrü idi. Çünki əgər mən ikinci mərhələyə keçə bilsəydim, sözsüz qalib gələrdim. “Gürcü arzusu” partiyası anlamalıdır ki, öz bacarıqsızlığı ilə “Bütöv Milli Hərəkat”ın yenidən hakimiyyətə gəlməsi üçün şərait yaradır. Saakaşvili xaricdən bizi hədələyir və bu zarafat deyil! Mən onu tanıyıram. Onun bütün mənfi xüsusiyyətlərini qeyd etsəm də, o siyasi gedişləri yerində istifadə edə bilir.Ona görə də o Gürcüstandakı siyasi vəziyyətə ciddi xələl gətirə bilər.

 

 

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin