Telefonlar əvvəlcədən yığılacaq - İmtahan kimi toy

Hazırda oxunan: Telefonlar əvvəlcədən yığılacaq - İmtahan kimi toy

622782

Məşhur pop ulduzu Teylor Svift və amerikalı futbolçu Trevis Kelsinin bu həftə baş tutacağı iddia edilən toyu ilə bağlı yeni detallar üzə çıxıb.

Bizim.Media xəbər verir ki, PEOPLE jurnalının yaydığı məlumata əsasən, cütlük iyulun 3-də Nyu-Yorkun məşhur "Madison Square Garden" arenasında nikah mərasimi keçirməyi planlaşdırır.

Məlumata görə, qonaqlar üçün qara rəngli rəsmi geyim tələbi qoyulub.

Bundan əlavə, tədbirdə ən ciddi qaydalardan biri mobil telefonlardan istifadə ilə bağlı olacaq. Belə ki, dəvətlilər məkana daxil olarkən telefonlarını xüsusi mühafizə sisteminə təhvil verməli, mərasim boyu isə foto və video çəkilişinə icazə verilməyəcək.

Toyda 500-dən artıq qonağın iştirak edəcəyi gözlənilir. Dəvət olunanlar arasında Ed Şiran, Zoi Kravits, Cek Antonoff və Stivi Niks kimi tanınmış simaların adları çəkilir.

Bundan başqa, cütlük qonaqlardan toy üçün hədiyyə gətirməmələrini xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin