Moderator.az saytı “Kino-kryoz”x9d layihəsindən bu dəfə 1964-cü ildə lentə alınan “Ulduz”x9d kinokomediyasından söz açacaq.
Kino-kryoz
Bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında çəkilən filmin rejissoru Ağarza Quliyev, ssenari müəllifi isə Sabit Rəhmandır.
Sırf sovet düşüncə tərzini, təfəkkürünü, insanların inandığı amalların yalnız əmək faktoruna məxsus olmasını göstərən film elə bu ideyaları simvolik olaraq gerçəkləşdirən baş qəhrəmanın yəni, Ulduzun adı ilə adlandırılır. Bəsit süjet xəttinə malik olsa da, istedadlı aktyorların peşəkar ifası çox quru süjet və mahiyyətə malik olan filmi nəinki quruluqdan çıxarır, hətta onu kütlənin sevimlisinə çevirir.
Əsərdə baş qəhrəmanların Ulduz (Tamillə Rüstəmova) və Bəxtiyarın (Hacımurad Yelizarov) sevgisi əsas hadisə sayılsa da, onlar Məhəmməd (Lütfəli Abdullayev), Möhsün (Hacıbaba Bağırov), Gülümsərov (Bəşir Səfəroğlu), Nazik (Məleykə Ağazadə), Züleyxa (Nəsibə Zeynalova) kimi rolların kölgəsində qalır. Gənc aspirant olan Ulduzun kolxoz mübarizəsindəki sünilik, Bəxtiyarın bir obraz olaraq film başlayandan sonadək davam edən passivliyi əsas faktoru - iki gəncin sevgisini ikinci plana atır.
Amma sovet təfəkkürü o xanımın simasında öz “ulduz”x9dunu axtarırdı. İnsanların hissi “bəxtiyarlığ”x9dı onun üçün o qədər də vacib deyildi.
Gecikmiş etiraflar
Mərhum dramaturq Sabit Rəhmanın Musiqili Komediya Teatrının səhnəsində ən çox uğur qazanan iki pyesindən biri olan “Ulduz”x9dun (o biri isə “Hicran”x9d tamaşasıdır - E. N.) kinoya gətirilməsinin özü yanlış idi. Səhnədə tamaşaçıların böyük sevgisini qazanan “Ulduz”x9d tamaşası film olaraq o qədər də uğurlu ola bilmədi. Bunu sonradan rejissor Ağarza Quliyev başda olmaqla filmin əsər yaradıcı heyəti də təsdiqlədi. Təsəvvür edin ki, “Ulduz”x9d səhnədə oynanılarkən təkcə Nazikin Möhsünlə tvist rəqsini tamaşaçılar gurultulu alqışlarla üç dəfə təkrar etdiriblər. Bu kimi başqa uğurlar çox olub. Elə bu ərəfədə də tamaşanı izləyən rejissor Ağarza Quliyev onu ekranlaşdırmağı düşünür. Aktyorların böyük əksəriyyəti tamaşada olduğu kimi yerində qalır. Təkcə Hacıbaba Bağırov Möhsün rolu üçün, Bəşir Səfəroğlu isə Gülümsərov personajı üçün ilk dəfə olaraq filmə təyinat alır. Nazik isə əvvəlki kimi Məleykə Ağazadə olur.
Filmin ən böyük səhvlərindən biri kimi o zamanın mədəni mətbuatı elə adı göstərirlər. Niyə məhz “Ulduz”x9d? Axı Sabit Rəhmanın pyesində və tamaşada baş qəhrəman olan Ulduz doğrudan da hadisələrin ana xəttindədir. O, bütün süjetin aparıcı xəttini təşkil edir. Filmdə isə mütəxəssislərin dediyi kimi “sanki özündən də quru obraz olan Bəxtiyarla sevgili olmaq və bir-iki nəfərə etiraz etmək üçün kadrlara çıxır”x9d. Onun başqa işi yox. Bəxtiyar isə sadəcə olaraq yamaq bir obrazdı. Yəni bu kinoda belədir. Tamaşada və pyesdə o, həqiqətən aparıcı qüvvədir. Pyesin əsas iki qəhrəmanından biridir. Filmdə ümumiyyətlə onun hansı missiya üçün varlığı sual altında qalır.İkinci dərəcəli komik obrazlar rollarının o dərəcədə ustalıqla ifa edirlər ki, iki “qəhrəman”x9d kölgədə qalır...
İkinci böyük səhv isə yanlış təsvirlərdi. Bu özünü başda kolxoz sədri Qədir, ferma müdiri Züleyxa (Nəsibə Zeynalova), Gülümsərov (Bəşir Səfəroğlu) olmaqla bir çox aktyorlarda əks etdirir. Bəşir Səfəroğlu rolun öhdəsindən çox yaxşı gəlsə də dramatik səs sahibi olan başqa bir insan tərəfindən səsləndirilməsi onun personajını öldürür. Kino tənqidçilər isə Nəsibə Zeynalovanın mülayim simasını və geyimini o zamanın ferma müdirlərinə heç oxşatmırdılar.
“Adım Nazikdir...”x9d
Filmin ən uğurlu simalarından biri isə Nazilə (Nazik) obrazını canlandıran aktrisa Məleykə Ağazadədir. Bu günlərdə yenidən mətbuatın qabartdığı və ciddi problemini əks etdirən aktrisanın potensialından çox təəssüf ki, tam istifadə edilmədi. Amma təkcə “Ulduz”x9dfilmində ikinci dərəcəli obrazı belə onu kino tarixində yaşada bildi.
Rejissor Ağarza Quliyev tamaşada aktrisanın ustalığını görəndən sonra onu sınaqsız filmə dəvət edir. O zaman isə Məleykə Ağazadə yeni ailə qurmuşdu. Oğlanlarının birinin 3, o birinin isə 5 yaşı var idi. Rayondakı çəkilişlərə övladları ilə birgə gedirdi ki, bu da onun üçün əlavə çətinlik yaradırdı. Filmdə çəkiliş zamanı maraqlı hadisələrdən biri də bu olub ki, Nazik Möhsünlə tvist oynayan zaman aktrisanın kişik oğlu kadra girərək anası ilə rəqs edib və çəkilişi pozub. Amma bundan da başqa bir hadisə olub ki, o da çəkilişi ləngidib.Yenə həmin səhnənin çəkilişi zamanı Məleykə Ağazadənin oğlu Çingiz quyunun çarxını fırladaraq vedrəni quyuya salır. Lakin boş çarx sürətlə fırlanaraq kiçik yaşlı uşağın başını yaralayır. Aktrisa sonradan öz xatirələrində danışır ki, rejissor əvvəlcə rəqs səhnəsinin çəkilişini dayandırmadı. Təsəvvür edin, oğlum o tərəfdə ağrıdan qışqırır, mən isə burda rəqs edirəm”x9d. Amma qısa müddətdən sonra səhnənin çəkilişini saxlayırlar.
Film haqqında maraqlı faktlar:
Zəif alınan filmin uğursuzluğu çəkiliş qrupunda çoxluq təşkil edən ruslarla əlaqələndirilir. Deyilənə görə, onlar süjetdə və aktyorların qrimlərində lazımsız əlavələr etməklə bilərəkdən sünilik yaradıblar.
Yetər obrazına çəkilən Suğra Bağırzadə o zaman 9-cu sinif şagirdi imiş. 4-cü sinifdə oxuyarkən bayramların birində “Cücələrim”x9d mahnısını oxuyur. O zaman sonradan “ulduz”x9da quruluşçu operator gələn Yuli Fogelman Yetər obrazı üçün adını bilmədiyi həmin uşağı tələb edir. Nəhayət araşdırmalardan sonra Suğra Bağırzadəni rola təyin edirlər.
Əsas obrazlar olan Gülümsərov və Möhsünü canlandıran Bəşir Səfəroğlu və Hacıbab Bağırova bu rollar teatrda verilməmişdi. Yalnız kinoda aktyorlar obrazları canlandırdılar.
Filmin rejissoru Ağarza Quliyev “Ulduz”x9du ümumiyyətlə Azərbaycan kinostudiyasının fəaliyyətində bir nöqsan adlandırıb.
Qeyd: Yazıda Azərbaycan kino tarixinə aid matteriallardan istifadə olunub..
Elmin NURİ










































































































