Dünyanın qabaqcıl prosessor istehsalçısı və texnologiya şirkətlərindən “İntel”x9d, HDMI girişli televizorları əməliyyat sistemi yüklü bir kompüterə çevirən, “Compute Stick”x9d adlı cihazını CES 2015 sərgisində təqdim edib.
“İntel”x9din “Compute Stick”x9d adlı cihazı əslində kiçik bir kompüter xüsusiyyətini daşıyır və televizorunuzu, bir masaüstü kompüter kimi istifadə edilməsi məqsədini daşıyır. Hər nə qədər performans baxımdan çox güclü olmasa da, bu kiçik cihaz “Windows 8.1”x9d və ya bir “Linux”x9d əməliyyat sistemini işlədə biləcək tutumda hazırlanmışdır.
İntelin dörd nüvəli “Atom CPU”x9dsuna malik olan cihaz, 32 GB-lık yaddaşa və 2GB RAM-a sahibdir. Üzərində bir USB çıxışı, kabelsiz internet və Bluetooth 4.0 dəstəyi olan məhsulun güc qaynağı USB vasitəsilə təmin edilir.
“İntel Compute Stick”x9d sayəsində, internet ilə bağlı sadə ehtiyaclarınızı qarşılamanız mümkün olacaqdır. “Compute Stick”x9d üzərindən sosial şəbəkələrə bağlana bilər, internetdə gəzə bilər və TV-də internetdən yayımları izləyə bilərsiniz. “İntel”x9d, bu yeni məhsulunun “Google”x9dun “Chromecast”x9dına və Amazonun “Fire TV Stick”x9dinə rəqib olacağı gözlənilir.
2015-ci ilin Mart ayında bazara çıxacağı gözlənilən məhsulun qiyməti isə iki fərqli modelə görə dəyişəcək. “İntel Compute Stick”x9din “Windows”x9d versiyasının qiyməti 149 dollar, “Linux”x9d (Ubuntu) versiyasının qiyməti isə 89 dollara satılacaq.(marja.az)




































































































