Meşədə ayı ilə rastlaşan Vaqif Səmədoğlu çıxış yolunu necə tapdı- XATİRƏ

Hazırda oxunan: Meşədə ayı ilə rastlaşan Vaqif Səmədoğlu çıxış yolunu necə tapdı- XATİRƏ

210413

İki gün öncəxa0 mərhum Xalq şairi Vaqif Səmədoğlunun anım günü qeyd olundu. Ölümündən üç il ötməsinə baxmayaraq,-şair 2015-ci il yanvarın 28-də dünyasını dəyişib-Vaqif Səmədoğlu bu gün də sağlığında olduğu kimi sevilir və yad edilir. Onun şeiriyyatı, həyatı,fərqli xarakteri, hadisələrə orijinal baxışı haqqında çox yazılar yazılıb, çox sözlər deyildi.xa0

Moderator.az öz növbəsində hər zaman hamının nəzərində cavanruhlu, yumor hissi ilə dolu şairi iki xatirə ilə yad edir.xa0

Vaqif Səmədoğlu vaxtilə bu sətirlərin müəllifinə özünün iki ov macərası barəsində danışmışdı. Onları oxuculara təqdim edirik:

“İlk ovumu atamın yanında vurmuşam. Kəklik olub ilk ovum. Elə kəklik üstündə də atam məni ilk və son dəfə şillələyib. Mənə tapşırmışdı ki, nə vaxt ki, uzaqda mal-qara, insan və ya qaraltı görsən, o səmtə atmayasan. Mənim tüfəngimin öldürücü qüvvəsi 150 metr idi. Ağsu tərəfə getmişdik. Bəlkə də 1 km o tayda adamlar vardı. Elə o istiqamətdə iki kəklik uçdu. Vurdum. Dedi, get götür bəri gəl. Gəldim. Elə bu vaxt üzümə bir şillə çəkdi. – “sənə deməmişdim adam olan tərəfə atma.?!” dedi.xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0***
xa0“Bir dəfə İsmayıllı tərəfdə meşədə idim. Qırqovul vurmağa getmişdim. Bir də qəfildən gördüm ki, qarşı tərəfdən iri bir ayı gəlir. Yanında da balası. Tüfəngimdə də beş nömrə patron. Ayıya nə edə bilər ki, heç nə. Özü də elə məqamda adamın başı çox gözəl işləyir. Ayı ilə üzbəüz olanda ayıya aid nə var idisə, hamısı bir-bir yadıma düşürdü. Özü də yanı balalı ayı ilə qarşılaşanda anasından çox balası təhlükəlidir. Çünki sən balada maraq oyadırsan və qaçır səninlə oynamağa. Ana da imkan verməz axı. Elə o məqamda ayı ilə bağlı daha bir şey yadıma düşdü: “Gərək ayının üstünə gedəsən, qaçmağın heç bir faydası yoxdu”. Elə mən də fit çala-çala bunu etdim. Həm də hesabladım ki, ayını 5 metr qabağa buraxım ondan sonra atəş açım. Amma bir də gördüm ki yarpaqların xışıltısı gəlir. Ayı sən demə çəkilib gedirmiş. İndi də bilmirəm mən ayıdan qorxdum, ya ayı məndən?”

Hazırladı: Elmin Nuri
xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin