Başlıqdakı cümləni bu günlərdə tanınmış Qarabağ qazilərindən olan dostumuz İmadəddin Səlimovun “Facebook”da yazdığı bir statusu yadıma saldı...xa0
”Extibar, Extibar, şto takoye “bambılı”..”xa0 xa0Yaşı 50-yəxa0 yaxın olan vətəndaşlarımızdan çoxu buxa0 cümlənin müəllifini yaxşıxa0 xatırlayarlar: Əbdürrəhman Vəzirov... Azərbaycanınxa0 və ayrılıqda Qarabağın, orada yaşayan bu günkü didərginlərin taleyində dönüş nöqtəsi yaranan bir dövrdə Kremlin diqtəsi altında ölkəmizə başçılıq etmiş bu şəxsin yarı rus-yarı azərbaycanca söylədiyi bir çox belə ifadələri 30 ildir ki, unudulmur... Qorbaçovun saxta “yenidənqurma” dövrünün ziddiyyətləri fonunda Ə.Vəzirovun şəxsiyyəti, çıxışları və əməlləri də bir çoxları üçün ziddiyyətli olaraq qalıb. Bu gün Azərbaycan Kommunist partiyasının sonuncu 1-ci katiblərindənxa0 birinin siyasi fəaliyyətinə dəyər vermək niyyətində deyilik. Ancaq Ə.Vəzirovun 30 il öncə söylədiyi bir neçə ifadənin prizmasından bu günə baxsaq, maraqlı nəticələrə gələrik...xa0
Xüsusilə, bir neçə təklifi və ifadəsi onu istehza obyektinə çevirmişdi. Məsələn, bunlardan biri ölkədə qoz ağaclarının əkilməsixa0 təşəbbüsü idi. O dövrdə Vəzirovun bu təklifi satira və yumorla qarşılanırdısa, bu gün artıq ölkədə öz qozlarımız kifayət etmədiyindən və işə yaramadığından Amerika qozlarının gətirilib kütləvi şəkildə əkilməsini reklam edirik və bunun icrasına artıq xeyli vaxtdır ki, başlanılıb...xa0
Keçmiş 1-ci katibin digər təklifi ölkənin kompüterləşdirilməsinin vacibliyi ilə bağlı idi ki, hazırda ən ucqar dağ kəndlərində kompüterin, internetin gündəlik işlənən adi bir anlayış kimi qarşılanması 30 il öncə edilmiş bu təşəbbüsün uzaqgörənliyini təsdiqləyir...xa0
Eləcə də ümumi və şəxsi hamamların tikilməsi təklifi... Bu gün hansı ailə öz həyatını hamamsız təsəvvür edir? ..
Vəzirovun onuxa0 nəinki istehza, nifrət hədəfinə çevirmiş ifadələrindənxa0 biri də Qarabağ probleminin qondarıldığı ilk günlərdə, Bakıdan, Gəncədənxa0 və s. ermənilərin tədricən köçdüyüxa0 və artıq ölkədə bu xalqın nankorluğuna qarşı kəskin nifrətin yarandığı bir şəraitdə onun rəsmi yığıncaqlardan birində işlətdiyi “Muştuluğumuxa0 verin, ermənilər Bakıya qayıdır!” cümləsi olmuşdu... Halbuki, o dövrdə Ermənistandan qaçqınlar gəlsə də, hələ Azərbaycan Respublikasının bir qarış torpağı işğal edilməmişdi. Yalnız Topxanada bir neçə ağacın ermənilər tərəfindən qırılaraq yerində alüminium zavodu tikmək planları haqqında informasiyalar yayılmışdı. Amma 30 il sonra- bu günxa0 artıq 26-27 ildir ki, hüquqi-tarixi torpaqlarımızın erməni işğalı altında qaldığı bir gündə, Xocalı kimi soyqırımların baş verməsindən, on minlərlə qadın, uşaq, qocanın, hərbçinin olmazın işgəncələrlə öldürülməsi, əsir, girov götürülməsindən sonra Bakıdan köçmüş ermənilərin, yaxud işğalçı Ermənistan rəsmilərinin, erməni mənşəli sənət adamlarının, idmançılarınxa0 və s.xa0 bu və ya digər adlar altındaxa0 paytaxtımıza rahatca gəlib-getməsi, gözümüzün qarşısında şəhərdə gəzib yeyib-içməsini görəndəxa0 keçmiş kommunist katibin o vaxtkı sözlərinəxa0 necə dəyər verməyin lazım olduğunu bilmirsən?..
Sadalanan təklif və ifadələrinə, eləcə də bəzən iclaslara qalstuksuzxa0 gəlmək, yer belləməkxa0 və s. kimi davranışlarına görəxa0 keçmiş Azərbaycan SSR-in keşmiş rəhbəri haqqında “bambılı” sözünüxa0 də işlədənlər vardı... Elə buna görə də Vəzirov o vaxtkı müxalifətçilərin də iştirak etdiyixa0 yığıncaqlardan birində üzünü AXC-nin fəal liderlərindən Etibar Məmmədova tutaraqxa0 soruşmuşdu:”Menim haqqımda herden “bambılı” sozunu işledirler. Extibar, Extibar, şto takoye “bambılı”?..”xa0
...Fəqət, bir gerçəklik göz önündədir. Vəzirova “bambılı” ləqəbi verilməsindən və onun sözügedən həmin sualından 30 il sonra, yəni bu günxa0 dünyada və Azərbaycanda baş verənləri izləyəndə, Avropanın, Amerikanın məşhur siyasətçilərinin, xarici və yerli sənət adamlarının özünü aparmasına, davranış, söz və əməllərinə baxanda dərin fikirlərə qərq olursan. İndi dünyada və ölkədə nə qədər bambılı, yəni yüngül düşüncə və davranışlı, vecsiz, quşbeyin məxluq var, amma onlara qarşı heç belə ifadələr kütləvi işlənmir? Əksinə, onların çıxışlarını, konsertlərini maraqla dinləyir, fotolarınıxa0 telefonlarında gəzdirirlər, öpüb gözlərinin üstünə qoyurlar... Bu günkü bambılıların on minlərlə, hətta milyonlarla fanatı var... Onlar “cip”lərdə, “mazda”larda, “qalenvagen”lərdə gəzir...xa0
Vəzirov xalqın liderinə çevrilə bilmədi, ona “Vəziryan”, “bambılı” dedilər... Amma bu gün kim daha çox bambılılıq edirsə, lütlənib ekranlara, küçələrə çıxırsa, irişə-irişə atılıb-düşürsə, ağlına gələn qafiyəni qoşub şeir deyirsə, ulduza, hörmətli, şöhrətli, imkanlı məxluqata çevrilir. Hətta belələrinə fəxri adlar da verilir. Bir sözlə bambılılar ulduzlaşır, quduzlaşır...xa0
Bu gün bir başa “yan” soyadlı bambılılar Bakının tən ortasında konsert verir, dünən Vəzirova “bambılı”, “Vəziryan” deyənlərin övlad və nəvələri də onların boynuna atlanır, qucaqlayıb bağırlarına basıb “Xoş gəldin” deyirlər...xa0 Bu saat “bambılı”, “anormal” ifadələri artıq leksikonumuzdan çıxmaqdadır... Bir qrup orta yaşlı insandan savayı onları heç kəs işlətmir.xa0 Çünki sovet dövründəxa0 dünyada və ölkədəxa0 barmaqla sayılası bambılı, anormal vardısa,xa0 indi onlar hər yeri basıb və onların varlığı cəmiyyət üçün adiləşib, normaya dönüb... Və artıq 30 il öncə xalqı “bambılı” Vəziryana qarşı üsyana səsləyən liderlər bugünkü bambılılara qarşı belə mübarizəyə çağırmırlar...
Odur ki, 1990-cı ilin yanvarından bəri Bakıya dönə bilməyən və artıqxa0 “bambılı” sözünün mənasınıxa0 öyrənmişxa0 Əbdürrəhman Vəzirovdan bu gün “muştuluğumu verin, ermənilər Bakıya qayıdır” deyərək soruşmaq olar:”Tovariş Vezirov, skajite, pojaluysta, çestno, kto takoy bambılı?..”
































































































