Bakıda 47 yaşlı kişi həyatına son qoydu

Hazırda oxunan: Bakıda 47 yaşlı kişi həyatına son qoydu

59309
Bu gecə Bakının Sabunçu rayonunda 47 yaşlı kişinin asılmış meyiti tapılıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, Tramvat küçəsi 14 ünvanında baş verib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs həmin küçədə yaşayan 1967-ci il təvəllüdlü Səlim Qədir oğlu Əkbərovdur.
Meyitə baxış zamanı onun intihar etdiyi müəyyən edilib.

İntiharın səbəbləri bilinmir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin