Avtoritetlər azərbaycanlı biznesmeni güllələdi

Hazırda oxunan: Avtoritetlər azərbaycanlı biznesmeni güllələdi

48384
Rusiya Federasiyasının Volqoqrad vilayətində azərbaycanlı biznesmen avtoritetlər tərəfindən güllələnib. Moderator.azn Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə 18 iyunda Jiqulev adlı topdansatış bazarında qeydə alınıb.

Həmin gün axşam saatlarında Volqoqrad xəstəxanalarının birinə odlu silahdan açılan atəş nəticəsində yaralanan 31 yaşlı Zülfüqar Əsədov yerləşdirilib. Həmin şəxs topdansatış məntəqəsinin işçisidir.

Araşdırmalar zamanı məlum olub ki, Zülfüqar Əsədov “Toyota” markalı avtomobili ilə evə gedərkən “Audi” markalı avtomobil tərəfindən təqib olunub. Evlərinə yaıxn ərazidə qəflətən həmin avtomobildən ona odlu silahdan atəş açılıb. Zülfüqar Əsədov də həmin şəxslərə atəş açıb. Cavab atəşi açıldıqdan sonra naməlum şəxslər gizləniblər. Hadisədən 2 saat sonra onların avtomobilləri yanmış halda tapılıb. Bundan başqa, həmin ərazidə biznesmenə “Kalaşnikov” silahından atılan güllələrin gilizləri aşkar olunub.

Qeyd edək ki, Zülfüqar Əsədova ilk dəfə deyil ki, sui-qəsd edilir. Ötən il də onu evinin qarşısında öldürmək istəyiblər. Onu naməlum şəxslər güllələmişdilər. Ağır yaralanmağına baxmayaraq biznesmen özünü polis idarəsinə çatdıra bilmişdi. Orada ona tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirmişdilər.

Cinayəti araşdıran hüquq-mühafizə orqanları azərbaycanlı biznesmenə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslərin kimliyi məlum olub. Bu Zülfüqar Əsədovun düşməni olan Məmməd Çopsiyevdir. O, bir neçə dəfə biznesmeni öldürmək istəyib. Ötən il ona qarşı edilən sui-qəsd zamanı isə əmioğlusu Ramiz Çopsiyev tutulmuşdu. Lakin Məmməd Çopsiyev hüquq-mühafizə orqanalrından gizlənə bilmişdi.

Eyni zamanda bildirilir ki, Məmməd Çopsiyev kriminal aləmdə avtoritet kimi tanınır. Zülfüqar Əsədov isə Volqoqraddakı topdansatış bazasında meyvə-tərəvəz satışı ilə məşğuldur. Avtoritetlərlə biznesmeni mübahisəsi də məhz bu səbəbdən yaranıb. Ehtimal olunur ki, mübahisə avtoritetlərlə biznesmen arasında pul anlaşılmazlığından sonra yaranıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin