Dünən axşam saatlarında Qazax rayonunun Şıxlı kəndində güllələnmə hadisəsi baş verib.
Avropa.info-nun əldə etdiyi məlumata görə, Qazaxda baş verən hadisə hamını şoka salıb. Asif Dilbazi adlı şəxslə İbiş adlı şəxs aralarındakı mübahisəni silahla həll etməyə çalışıblar. Nəticədə bir-birinə atəş açaraq ölümlə bitən hadisənin nöqtəsini qoyublar.
Aldığımız məlumatda bildirilir ki, atışma nəticəsində ölənlər var. Digər iki nəfər isə Qazaxda və Ağstafada xəstəxanalara yerləşdirilib. Hadisədə 5 nəfərdən çox adamın iştirak etməsi söylənilir.
Araşdırmamız davam edir.


































































































