Gəncə sakini Ramil Usubova müraciət etdi- Foto-Video

Hazırda oxunan: Gəncə sakini Ramil Usubova müraciət etdi- Foto-Video

42209
Dünən gecə  reyd keçirən Gəncə polisi vətəndaşa  ağır bədən xəsarəti yetirib.
 Bu haqda Moderator.az-a xəsarət almış Gəncə şəhər sakini İsmayılov Azər Arif oğlu məlumat verib. Onu sözlərinə görə fevral ayının 23-dən 24-nə kecən gecə özümə məxsus olan maşınla evinə gedərkən Gəncə şəhərinin Nizami küçəsi deyilən ərazidə 5 nömrəli məktəbin qarşısında reyd keçirən 15 nəfərə yaxın polis əməkdaşları tərəfindən saxlanılıb:
"Mən də bu göstərişə riayət edərək bir neşə dəqiqə gözləməli oldum.Sonda polis əməkdaşlarına bildirdim ki, burda çox gözləməli olacam deyib sözümü bitirməmiş polis əməkdaşı  əlində olan  “Jezla” ilə mənim sifət nahiyəmə zərbə yendirdi.Hadisə yerində sol gözümün üstü dağıldığından qan məni apardı.Hadisə yerində  olan polislərdən uzaqlaşıb evimə gəldim”.
Sonda Gəncə sakini DİN rəhbərliyindən Gəncə polisndə ona xəsarət yetirmiş olan şəxsin barəsində ölçü götürülməsini tələb edir.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin