Bakıda dəhşətli qətl hadisəsi baş verib.xa0
Moderator.az Region TV-yə istindən xəbər verir ki, 2 min manat pul verərək həyat yoldaşının qətlini sifariş verən ər və cinayəti törədən şəxslər saxlanılıb.
Hadisə Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini, 47 yaşlı Sevil Rzayeva yaşadığı evdə naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşları hadisə yerində olublar. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi üçün mənzildən əl izləri götürülüb.xa0
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin qadının həyat yoldaşı Rüstəm Rzayevin sifarişi əsasında həyata keçirildiyi müəyyənləşib. xa0
Belə ki, Rüstəm Rzayev Elşad Həsənov və onun qohumu Kərim Həsənova 2 min manat verərək həyat yoldaşını öldürmələrini sifariş edib. 15-ci polis bölməsinin əməliyyatçıları cinayətdə iştirak edən hər 3 şəxsi saxlayaraq istintaq orqanlarına təhvil veriblər.
Ruslan atası ilə anasının uzun müddət ayrı yaşadığını bildirib. Rüstəm Rzayev başqa bir qadınla qeyri-rəsmi nikahda olduğundan mərhum Sevil Rzayeva ərindən boşanmaq üçün məhkəməyə müraciət edibmiş.
Ruslan - mərhumun oğlu: "Tez-tez dalaşırdılar, anam polisə zəng edirdi. Gəldim evə, qapını döydüm, heç kim çıxmadı. Pəncərədən içəriyə baxdım ki, yerdə nəsə var. Bütün yer qan içində idi. Qaça-qaça gedib, atama dedim".
Mərhumun qohumları bildirib ki, cinayətin baş verməsinə səbəb olan amillərdən biri də mülk bölgüsüdür.xa0
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Qətlin dəqiq səbəbləri araşdırmalarından sonra bəlli olacaq.xa0






































































































